“Yuventus”da itki

15.10.2024 21:54 247
Dünya futbolu
Teun Koopmeyners ciddi zədə alıb.

O, “Yuventus”un A seriyasında “Kalyari” ilə keçirdiyi son oyununda (1:1) sıradan çıxıb. İtaliya klubunun məlumatında niderlandlı futbolçunun qabırğasının qırıldığı bildirib. Teunun sıraya nə vaxt dönəcəyi haqda məlumat verilmir.

O, Turin klubuna bu yay “Atalanta”dan keçib. Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 7 oyunda 1 məhsuldar ötürmə edib.