• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yunanıstan tarixi, İrlandiya əzmkar qələbə qazandı - İCMAL

Dünya futbolu

14-10-2024, 01:0

Yunanıstan FİFA reytinqində ilk 5 pillədə qərarlaşan komandalara qarşı keçirdiyi son 12 oyunun heç birində qələbə qazanmamış (6 heç-heçə, 6 məğlubiyyət), İngiltərəni isə tarixində heç vaxt məğlub edə bilməmişdi.

Nəhayət, bu uzun seriya qırıldı. Bu oyunla bağlı daha bir önəmli məqam var idi. Yunanlar İngiltərədə doğulan, ancaq Yunanıstan yığmasının formasını 12 dəfə geyən Corc Baldokun qəfil ölümünə (“Panatinaikos”un oyunçusu evinin hovuzunda ölü tapılıb) görə bu oyunun təxirə salınmasını istəsələr də, UEFA razılıq vermədi.

İngilislərin baş məşqçi əvəzi Li Karsli Keynin yoxluğu ilə bağlı problemi orijinal şəkildə həll etdi. Kapitan sarğısı ilk dəfə bu şərəfə layiq görülən Stounzun qoluna taxıldı, klassik mərkəz hücumçusunun yoxluğunda hücum xətti Palmer, Foden və Bellingemdən formalaşdı. Sonuncu artıq debütdə hesabı aça bilərdi. Ancaq Vlahodimos onun zərbəsini tirin altından çıxardı. Adətən, etibarlı oynayan Pikford isə bu dəfə qısa zaman kəsiyində ardıcıl iki səhv buraxdı. Qapıçı cərimə meydançasından kənarda oynayarkən topu itirdi, Bakasetasın zərbəsindən sonra Koluill topu xəttin üzərindən çıxardı.

Ardından künc zərbəsi yerinə yetirilən zaman Pikford çıxışda səhvə yol verdi və Mavropanos 5 metrdən qapıya yol tapdı. Sadəcə, hakimlər briqadası ofsayd qərarı verdi. Bu oyunda qrupun lideri statusunu tam doğruldan qonaqları Palmer cəzalandıra bilərdi. Ancaq o, əlverişli mövqedən “çərçivə”yə düşə bilmədi. Maraqlı mübarizə şəraitində keçən ilk yarı qolsuz bitsə də, hiss olunurdu ki, komandalardan biri gec-tez fərqlənəcək.

Belə də oldu. 2-ci hissə başlayan kimi qonaqlar hesabı açdı. Kulierakis topu rəqibin cərimə meydançasında olan Pavlidisə ötürdü. O isə üç futbolçunun müqaviməti ilə üzləşdiyi halda, qapının uzaq aşağı küncünü nişan ala bildi. Yunanıstan yığmasının tarixində “Uembli”də ilk qolu vuran Pavlidis və oyundaşları yığmanın sabiq və mərhum müdafiəçisi Baldokun futbolkasını nümayiş etdirdilər. Karsli əvəzetmələr hesabına oyunun axarını dəyişməyə çalışsa da, mümkün olmadı. Əksinə, Pavlidis 83-cü dəqiqədə növbəti dəfə meydan sahiblərinin qapısına yol tapdı. Yenə baş rolda onunla yanaşı, ingilislərin qapıçısı Pikford idi. Topu əllə oyuna uğursuz şəkildə daxil edən qapıçını Pavlidis cəzalandırsa da, bu qol da ofsayd üzündən sayılmadı.

Bundan sonra “üç şir” axır ki meydan sahibi olduğunu anladı. 87-ci dəqiqədə Uotkinsin ötürməsindən sonra Bellingem 17 metrdən dəqiq zərbə vurmaqla hesabı bərabərləşdirdi. Maraqlıdı ki, yunanlar 1:1-dən sonra da meydanın özünə aid hissəsinə çəkilmədilər, əksinə, xoşbəxtliyi rəqib qapısı önündə axtardılar. Və bu taktika sonda bəhrə verdi. 4-cu uzatma dəqiqəsində Pavlidis növbət dəfə səhnəyə çıxdı. Onun gözəl zərbəsi ilə qələbə qazanan Yunanıstan yığması qrup liderliyini qorudu. Bu məğlubiyyətdən sonra “üç şir”in Karslinin rəhbərliyi altında sentyabrda keçirdiyi oyunlarla bağlı xoş təəssürat da unuduldu. Xosep Qvardiolanın İngiltərə yığmasının “sükanı arxasına” keçəcəyi ilə bağlı mövzu yenidən aktuallıq qazanmaqdadı.

Qrupun digər oyununda da qonaqlar 2:1 hesabıyla qələbə qazandı. Sadəcə, burda bir statistik fərq var. Finlandiya İrlandiya ilə oyunun ilk yarısında erkən qol vursa da, rəqibin əzmkar qələbəsinə mane ola bilmədi. Bu oyunda da həlledici qol sona yaxın vuruldu. Bredi 88-ci dəqiqədə Qradetskinin qapısına yol tapdı və bununla da oyunun taleyi həll olundu. Üç turdan sona liderlə yanaşı, aşkar favorit də bəllidi. Finlandiya üç oyunun hamısında uduzub. Bununla belə, bu qrupun oyunlarında istənilən nəticənin qeydə alına biləcəyini də unutmayaq.

B liqası, 2-ci qrup
İngiltərə - Yunanıstan 1:2 (0:0)

İngiltərə: Pikford, Aleksander-Arnold, Stounz, Koluill, Lüis, Rays, Saka (Madueke, 51), Palmer, Qordon (Uotkins, 60), Bellingem, Foden (Solanke, 72).
Yunanıstan: Vlahodimos, Kulierakis, Mavropanos, Rota, Yannulis, Kurbelis (Mantalos, 74), Siopis (Pelkas, 66), Masuras (Zafeyris, 66), Bakasetas (Konstantelias, 86), Tzolis (Vayannidis, 86), Pavlidis.
Qollar: Pavlidis, 49 (0:1). Bellingem, 87 (1:1). Pavlidis, 90+4 (1:2).
Vərəqələr: Kulierakis. 6. Saka, 45. Rays, 53. Kurbelis, 71. Pavlidis, 90+1 Pelkas, 90+1 – sarı.
Hakim: Andrea Kolombo (İtaliya).
10 oktyabr. London. 79012 tamaşaçı.

Finlandiya – İrlandiya 1:2 (1:0)
Finlandiya: Qradetski, Halves, İvanov, Hoskonen, Ştol, Valta (Pukki, 79), Şüller (Peltola, 65), Kamara, Keskinen (Antman, 65), Pohyanpalo (Kelman, 79), Lod.
İrlandiya: Kelleher, Skeyli, Kollinz, O”Şi, Breydi, Nayt, Kallen, Şmodiks (Ebosele, 81), Oqbene (İda, 81), Eyzas (Makqrat, 71), Ferqyuson (Perrott, 71).
Qollar: Pohyanpalo, 17 (1:0). Skeyls, 57 (1:1). Bredi, 88 (1:2).
Hakim: Aleksandr Stavrev (Şimali Makedoniya).
10 oktyabr. Helsinki. 16105 tamaşaçı.

1. Yunanıstan 3 3 0 0 7-1 9
2. İngiltərə 3 2 0 1 5-2 6
3. İrlandiya 3 1 0 2 2-5 3
4. Finlandiya 3 0 0 3 1-7 0

Oyundan sonra
Li Karsli, İngiltərə yığmasının baş məşqçi əvəzi:

“Bu gün biz oyunun əksər bölümündə “2 nömrə” kimi oynadıq. Bu məqam məni məyus edir. Fərqli nəsə sınamaq istədik, fərqli oynadıq, təəssüf ki, bizdə heç nə alınmadı. Bütün qolları fərdi səhvlər üzündən buraxdıq. Bu gün heç də yaxşı oynamadıq. Bəlkə də meydanın fərqli hissələrindəki təkbətək mübarizələrdə tez-tez uduzduq. Belə qollar buraxmağa öyrəşməmişik. Düşünürəm ki, yaxşı oyun göstərən Yunanıstanın da haqqını vermək lazımdı. Mükəmməlləşməli olduğumuzu bilirik. Mənə elə gəlir ki, zaman-zaman topa yaxşı nəzarət edə bilmədik, belədə rəqibi əli-qolu açıldı. Daha yığcam oyun göstərmək üçün futbolçulara nə verə biləcəyim üzərində düşünməliyəm. Bu vəzifəyə gələndə öhdəliklərim bəlli idi. Üç oyun qalır, deməli, üç toplanış keçəndən sonra gənclər yığmasındakı işimə qayıdacam”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-10-2024, 15:0

31 yaşlı futbolçunun müəmmalı ölümü

Dünya futbolu

4-01-2024, 19:0

Terimin Yunanıstan macərası qələbə ilə başladı

AÇ

17-10-2023, 19:0

Mbappe Fransanı AÇ-yə çıxardı

Dünya futbolu

21-09-2024, 14:0

Keyn 100-cü oyunda dubl etdi - İCMAL

Dünya futbolu

2-03-2024, 15:0

Terimin komandası bu dəfə büdrəmədi

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Bu gün, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Bu gün, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 100
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 87
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə