Yubiley münasibəti ilə ulduz hücumçuya qızıl kepka verildi. Keynin əlamətdar oyunda qol axtarışına çıxması Londondakı qarşılaşmanın əsas süjetini təşkil etdi. Əvvəlcə kapitanın qolu ofsayd üzündən sayılmadı. Ardından iki dəfə Qradetski komandasını qoldan xilas etdi.
Hər halda, Harri 2-ci hissədə tirin altına göndərdiyi zərbə ilə finlərin müdafiə xəttini yardı. İlk qolun ardından ikinci də gəldi. Keyn bununla da yığmadakı qollarının sayını 68-ə çatdırdı. İngiltərə yığmasına aid məhsuldarlıq rekordu get-gedə artır. Gələcəkdə onu yeniləmək çox çətin olacaq. Və ya bəlkə də mümkünsüz olacaq, ona görə ki, Keyn karyerasının çiçəklənən vaxtını yaşayır, təqaüdə çıxmasına hələ çox var.
Elə İngiltərə yığmasının Millətlər Liqasının elit divizionuna dönməsinə kiminə mane ola biləcəyi ehtimalı da eyni dərəcədə azdı. O da maraqlıdı ki, baş məşqçinin səlahiyyətlərini yerinə yetirən Li Karsliyə qədər İngiltərə yığmasında ilk iki rəsmi oyununda qələbə qazanan sonuncu məşqçi Fabio Kapello olmuşdu.
Əlbəttə, Yunanıstan İngiltərənin statusu ilə barışmaq fikrində deyil. Bu komanda da hələ ki xal itirməyib, topların daha yaxşı fərqinə görə isə zirvədə qərarlaşıb. Dublindəki qarşılaşmada yunanların bir qədər bəxti də gətirdi. Belə ki, əvvəlcə meydan sahiblərinin qolu ofsayd üzündən sayılmadı. 50-ci dəqiqədə isə adətən, etibarlı oynayan Kelleher İoannadisin yuxarı küncə zərbəsinə reaksiya göstərə bilmədi. Yunanları zirvəyə daşıyan qolu isə Bakasetasın oyundakı 2-ci məhsuldar ötürməsindən sonra cərimə meydançasında müdafiəçinin öhdəsindən yaxşı gələn Solis vurdu. İlk iki oyundakı qələbələrə görə yığmanın yeni baş məşqçisi, əvvəllər “Panatinaikos”u çalışdıran 62 yaşlı serb İvan Yovanoviç qələbəni haqq edir.
B liqası, 2-ci qrup
İngiltərə - Finlandiya 2:0 (0:0)
İngiltərə: Pikford, Lüis, Konsa (Koluill, 61), Stounz (Qehi, 79), Aleksander-Arnold, Rays, Qomes, Qriliş, Qordon (Madueke, 66), Saka (Eze, 66), Keyn (Bouen, 79).
Finlandiya: Qradetski, İvanov, Hoskonen, Ştol, Peltola, Uronen (Kelman, 46), Peltola, Kamara, Keskinen (Antman, 74), Şuller (Valta, 84), Pukki (Niskanen, 46), Yensen (Lod, 62).
Qollar: Keyn, 57 (1:0). Keyn, 76 (2:0).
Vərəqə: Şuller, 66 – sarı.
Hakim: Morten Kroq (Danimarka).
10 sentyabr. London. 70221 tamaşaçı.
İrlandiya – Yunanıstan 0:2 (0:0)
İrlandiya: Kelleher, Bredi, Kollinz, Omobamidele (Doherti, 74), O”Şi, Braun, Molumbi (Ferqyuson, 63), Smollboun, Oqbene (Robinson, 84), Nayt (Maketir, 74), Şmodiks (İda, 85).
Yunanıstan: Vlahodimos, Simikas, Kulierakis, Mavropanos, Rota, Buhalakis (Pelkas, 67), Siopis (Ntoy, 88), Tzolis (Vayannidis, 89), Bakasetas, Hadziyovanis (Zafeyris, 67), İoannidis (Pavlidis, 88).
Qollar: İoannidis, 50 (0:1). Solis, 87 (0:2).
Vərəqələr: Omobamidele, 31. Simikas, 58. Solis, 63. Nayt, 70. Siopis, 74 – sarı.
Hakim: Espen Eskos (Norveç).
10 sentyabr. Dublin. 37274 tamaşaçı.
1. Yunanıstan 2 2 0 0 5-0 6
2. İngiltərə 2 2 0 0 4-0 6
3. İrlandiya 2 0 0 2 0-4 0
4. Finlandiya 2 0 0 2 0-5 0
10 oktyabr: İngiltərə - Yunanıstan, Finlandiya – İrlandiya.
Oyyundan sonra
Li Karsli, İngiltərə yığmasının baş məşqçi əvəzi:
“Düşünürəm ki, meydanda yaxşı oyun getdi. Finlandiyanın müqavimətini qırmağın çətin olacağını bilirdik. Finlərin qol buraxmamaqda israrlı olduğu açıq-aşkar görünürdü. Dözüm göstərməli, pressinq zamanı yetərincə aqressiv davranmalı olduq. Fasilədə uşaqlarla o haqda danışdıq ki, qələbəyə inanmaq, hücumları davam etdirmək və rəqibi daha çox müdafiə olunmağa məcbur etmək lazımdı”.
Harri Keyn, İngiltərə yığmasının hücumçusu:
“Mənim üçün vacib gecə idi, gerçəkdən qürur duyuram. Qollar vurmaq və komandaya kömək etmək istəyirəm. Kimlərsə gücümə şübhə edəndə hər dəfə adamlara haqsız olduqlarını subüt etmək üçün alışıb-yanıram. Həmişə qollar vurmaq istəyirəm, səbirsizliklə gələcəyə baxıram”.
Lukaş Qradetski, Finlandiya yığmasının qapıçısı:
“Ümid edirəm ki, günlərin birində yığmada oyun sayında Keynə çata biləcəm. Bu, fantastik uğurdu. Bu qədər il ərzində bu sayda oyun keçirib yüksək səviyyədə qalmaq asan deyil. Harri möhtəşəm oyunçudu, bu onun “Bavariya”dakı çıxışına da aiddi. Ümid edirəm ki, bunlar onun mənim qapımdan keçirdiyi sonuncu qollar idi”.


