“Milan”ın oyunçusu Alessandro Florentsi dizindən əməliyyat olunub.
Klubun rəsmi saytının məlumatına görə, italyan müdafiəçinin əməliyyatı uğurla keçib. Amma onun yaşıl meydana nə vaxt qayıdacağı ilə bağlı məlumat verilməyib.
Müqavilə ilə “Roma”ya məxsus olan Florentsi “Milan”da icarə əsasında oynayır. Onun sıradan çıxması “Milan”la daimi əsasda anlaşma imzalamasına mane ola bilər. 31 yaşlı Alessandro bu mövsüm A seriyasında iştirak etdyi 21 oyunda 1 qol vurub.