"Qəbələ"nin futbolçusu çarpaz bağlarından əməliyyat olundu

5.07.2023 12:58 223
Ölkə futbolu
"Qəbələ"nin futbolçusu Feras Abu Akal öz çarpaz bağlarından məliyyat olunub.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun vətəi İsraildə edilən əməliyyat uğurla nəticələnib.

Onun nə vaxt sıraya dönəcəyi açıqlanmayıb. Bu cür əməliyyatdan sonra futbolçunun meydana çıxması bir neçə ay çəkir.

Qeyd edək ki, Feras Bau Bakal ötən mövsümün sonunda dizindən zədələnmişdi.