• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yığma üzvlərinin qiymətləndirməsi (10 ballıq şkala ilə)

Yığma

12-10-2024, 14:0

Mehdi Cənnətov - 4,5
Üç qol buraxan qapıçı bəlkə heç bu qiymətə də layiq deyil. İlk qolda qapını gec və uğursuz tərk etdiyini vurğulamalıyıq. İkinci qola da mane ola bilərdi. Sonuncu qolda Mehdini günahlandırmaq çətindi. Bəzi epizodlarda təhlükəni sovuşdursa da, zərbələri iki dəfəyə dəf edə bilirdi. 

Anton Krivotsyuk - 5,0
Krivotsyuk etibarlı görünməyə çalışsa da, ara-sıra səhvlərə yol verirdi. Ən üzücü məqam isə topu əli ilə belə meydana düzgün daxil edə bilməməsidi. Etiraf etməliyik ki, Anton müdafiənin sol cinahında etibarlı görünmürdü.

Bədavi Hüseynov - 5,0
Bədavi əlindən gələni etməyə, rəqib hücumçularının qarşısına almağa çalışırdı. Amma sürətdə uduzurdu. Rəqibin ilk qolunda zonasından çox uzaq idi, ikincidə isə Rahillə birgə nə etmək istədiyi aydın olmadı.

Rahil Məmmədov - 5,0 
Legioner həyatı yaşayan futbolçu hücumlarımız zamanı da irəli çıxır, qol vurmaq üçün çalışırdı. Bir neçə təhlükəli epizodun qarşısını ala bildi. Qapımızda üç top görmüşüksə, sözsüz, bunda digər müdafiəçilər kimi, Rahilin də məsuliyyət payı var. Xüsusən də ikinci qolda.

Abbas Hüseynov - 5,5
Müdafiədə boşluqlar vermirdi və hücumlara dəstək olmağa çalışırdı. Meydanda inamlı çıxış edirdi. Üzərinə düşən işin öhdəsindən gəlməyə çalışırdı. Cinahında səliqəli oynadı.

Elvin Cəfərquliyev - 6,0
“Qarabağ”dakı əzmkar və sürətli oyununu millidə də göstərdi. İrəlidə oynayan komanda yoldaşlarına kömək etməyə çalışırdı. Sol cinahda irəli-geri qaçan Cəfərquliyev yorulsa da, 90 dəqiqə meydanda mübarizə apardı. Penaltini də o qazandı. 

Coşqun Diniyev - 5,0
Diniyev üzərinə düşən işin öhdəsindən gələ bilmədi. Rəqib futbolçular mərkəzdən cərimə meydançamıza qədər rahatlıqla irəliləyirdi. Qapımızda gördüyümüz ilk qolda Coşqunun da xətası var idi. Düzdü, rəqibin əks-hücuma çıxdığını görüb, birincisi Coşqun irəliləsə də, topu ala bilmədi. 

Aleksey İsayev - 4,5
Yığmamızın heyətində ən zəiflərdən biri idi. Oyunu kəskinləşdirməyə xidmət edən ötürmələrini görmədik. 76-cı dəqiqədə əvəzlənən futbolçulardan birinin Aleksey olması da baş məşqçinin onun meydanda göstərdiyi oyunu bəyənməməsinə işarədi.

Ramil Şeydayev - 5,5
Çalışqan və hərəkətli görünsə də, meydanda nə etmək istədiyi tam aydın olmurdu. 90 dəqiqə meydanda qalan Ramil ara-sıra rəqib qapısına yol tapmağa çalışırdı. Bəzən isə komanda yoldaşlarının ona doğru etdiyi ötürmələri başa düşmürdü. 

Renat Dadaşov - 5,5 
İlk hissədə özünü yaxşı tərəfdən göstərməyi bacarsa da, ikinci hissə bunun şahidi olmadıq. Hətta Dadaşov hesabı açmağa yaxın oldu. Abbasın cərimə meydançasına doğru göndərdiyi zərbəni Renat tamamlamaq istəsə də, qapı dirəyi buna imkan vermədi. 

Toral Bayramov - 5,5
Toral həmişəki kimi çalışqan və sürətli oyun nümayiş etdirməyə çalışırdı. İlk hissənin sonlarında Elvinin qazandığı penaltini məhz o dəqiq yerinə yetirdi. Ənənəvi uzaqdan zəribələrini müdafiəçilər qarşılayırdı. 

Mahir Emreli - 5,0
Santuş onu böyük ümidlə meydana buraxsa da, ustalığını göstərə bilmədi. Elə təsir bağışladı ki, sanki heç bu yığmanın formasını geyməyib. 74-cü dəqiqədə meydanın yığmamıza aid hissəsində Metsin kobudluğu ilə üzləşəndən sonra axsamağa başladı. Bundan sonra meydanda varlığı hiss olunmadı. Ya yenidən zədələnərək meydandan kənarda qalmaqdan çəkindi, ya da ağrıları bütün gücündən yararlanmağa imkan vermədi.

Ceyhun Nuriyev - 4,5
Coşqunu əvəz edən Ceyhun ondan gözləniləni verə bilmədi. Oyunun axarını xeyrimizə dəyişməyi bacarmadı. Rəqibin üçüncü qolunda da əlindən heç nə gəlmədi. Bir sözlə, ölkə çempionatında oynamaq başqadı, Millətlər Liqasında oynamaq başqa.

Emin Mahmudov - qiymətsiz
Qismət Alıyev - qiymətsiz 
Rüstəm Əhmədzadə - qiymətsiz

ƏSƏD SEYİDOV

Paylaş:
Digər xəbərlər

Aktual / Yığma

7-09-2024, 20:0

Yığma üzvlərinin qiymətləndirməsi (10 ballıq sistemlə)

Aktual / Yığma

18-11-2023, 11:0

Milli üzvlərinin qiymətləndirilməsi

Yığma

10-09-2024, 14:0

Yığma üzvlərinin qiymətləndirməsi (10 ballıq şkala ilə)

Aktual / Yazarlar

12-09-2023, 13:0

Döyüşdük, amma kuryoz qola üzüldük - KÖŞƏ

Aktual
“O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
“Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
Son xəbərlər
  • Bu gün, 01:54
    "Səbail" sabiq futbolçusunu qaytardı - RƏSMİ
  • Bu gün, 01:24
    Sadiq Məmmədov "gümüş" qazandı - AÇ
  • Bu gün, 00:58
    Topu özü ilə apardı
  • Bu gün, 00:27
    "Neftçi"dən rekord: 7837 məhsul satıldı!
  • Bu gün, 00:02
    “Real”ı tərk etdi
  • Dünən, 23:32
    Sentyabrın 1-də 2-ci, 3-də 1-ci liqada yeni mövsüm başlayacaq
  • Dünən, 23:15
    "Zirə" Türkiyə klubuna məğlub oldu
  • Dünən, 22:59
    Holann Norveçi 1/8 finala çıxardı - DÇ gecəsi
  • Dünən, 22:52
    “O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
  • Dünən, 22:10
    Futbolçu suda boğuldu
  • Dünən, 21:43
    “Sürəti o qədər yaxşıdı ki, əyləc tutmasa, tribunaya qədər gedəcək” – “Qarabağ”ın yeni futbolçusuna bax!
  • Dünən, 21:04
    Son 72 ildə bunu bacaran olmamışdı
  • Dünən, 20:15
    DÇ matçının ən yaxşı oyunçusu oldu
  • Dünən, 19:32
    Fransa yığması başsız qaldı
  • Dünən, 18:54
    Madriddən Londona üz tutacaq
  • Dünən, 18:23
    Üç aylıq işsizliyə son qoydu
  • Dünən, 17:57
    Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
  • Dünən, 17:48
    Noqeyra "Sabah"dan getdi
  • Dünən, 17:13
    Baş məşqçi kimi ilk təyinatını aldı
  • Dünən, 16:36
    İspaniya klubunda yeni təyinat
  • Dünən, 16:04
    Millilərdə məşqçi dəyişiklikləri oldu
  • Dünən, 15:40
    "Qəbələ" konqolu futbolçu transfer etdi
  • Dünən, 15:10
    Portuqaliyalı futbolçulardan təqdirəlayiq addım
  • Dünən, 14:49
    Kanada, Braziliya, Paraqvay, Mərakeş... – bu gün Norveçlə Fransanın da taleyi bilinəcək - DÇ günü
  • Dünən, 14:44
    Kaşkilyanın da Allahı var!
  • Dünən, 14:29
    Şirvanın iki futbol klubu birləşdi
  • Dünən, 14:09
    Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
  • Dünən, 13:56
    68 ildən sonra ən məhsuldar çıxış
  • Dünən, 13:28
    Afrika rekordu yeniləndi
  • Dünən, 12:46
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 12:15
    "Zirə" Türkiyə klubuna qarşı
  • Dünən, 12:00
    Dünya çempionatında yeni rekord
  • Dünən, 11:32
    Vüsal İsgəndərli Kosova klubunda
  • Dünən, 11:09
    UFC Fight Night Bakıda: 72 ölkə, 11 min azarkeş və tarixi gecə
  • Dünən, 11:03
    Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
Daha çox
Oxunub: 449
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 243
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 234
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 199
Varqas nağılı başa çatır! – belə şey olar?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə