• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Milli üzvlərinin qiymətləndirilməsi

Aktual / Yığma

18-11-2023, 11:0

(10 ballıq şkala ilə)

Şahruddin Məhəmmədəliyev – 7,0
Qolkiper “Adana Dəmirspor”da hələ ki, əsas heyət üzvü deyil. Bəziləri onun bu görüşdə etibarlı çıxış edəcəyini gözləmirdi. Lakin, “Şah” belə düşünənləri təəccübləndirdi. O, İsveç kimi güclü komandanın hücumçularının zərbələrini möhtəşəm seyvlərlə zərərsizləşdirdi, hətta zədələnməyi gözə alaraq qurtarışlar etdi. Onun qələbədəki rolunu danmaq olmaz.

Elvin Cəfərquliyev – 7,0
Müdafiəçi karyerasının ən yaxşı oyunlarından birini keçirdi. “Qarabağ”ın üzvü sol cinahda sürətli hücumların başladılmasında iştirak etdi. Elvin dəqiq ötürmələr və rəqib futbolçuların aldadılması işlərində də fəal idi. Komandamız azlıqda qalanda rəqibin oyunçularının sağ cinahdan irəliləməsinə imkan vermədi.

Rahil Məmmədov – 7,0
Oyunboyu müdafiəçinin qapıçıyla və mərkəzdə yer alan futbolçularla yaxşı anlaşdığını gördük. Müdafiəçi uzun və qısa ötürmələr zamanı dəqiqliyiylə seçildi. Onun olduğu epizodlarda narahat olmağa dəyməzdi. Komandamız azlıqda qalandan sonra futbolçu öz mövqeyində keçilməz oldu. Düzdü, bəzi anlarda rəqibin hücumçuları onunla mübarizədən qalib ayrılırdı. Amma oyunçu özünü itirməyib dərhal səhvini aradan qaldıra bilirdi.

Bəhlul Mustafazadə – 6,0
O, müdafiə xəttinin ən etibarlı fiquru idi. Bəzən önə çıxaraq rəqibin futbolçularını ümidləndirmədən məyus edirdi. İlk hissənin aparıcı oyunçularından olan müdafiəçi fasilədən sonra uğursuzluqla üzləşdi. İsveçin növbəti hücum cəhdinin qarşısını almaq istəyən müdafiəçi qırmızı vərəqə alaraq meydandan qovuldu. Az qala diqqətsizliyi üzündən qapımıza penalti təyin edilirdi ki, VAR haqsızlıq etmədi.

Anton Krivotsyuk – 6,5.
Müdafiəçi oyun ərzində əlindən gələni etdi. Lakin bəzən rəqib futbolçuları üstələyə bilmirdi. Onu müdafiə xəttinin zəif bəndi seçsək, yanılmarıq. Yaxşı ki, Bəhlul-Rahil cütlüyü təhlükəli anlarda özünü yetirərək hücumun qarşısını alırdı. Anton intizamsızlığı ilə də diqqət çəkdi. Referi Staubli tərəfindən sarı ilə müdafiəçi yalnız bundan sonra daha etibarlı çıxış etməyə başladı.

Toral Bayramov – 7,5
Futbolçu həm müdafiədə, həm də yarımmüdafiədə oynasa da, yorulmaq bilmədi. Komandanın işinə yaramağa can atırdı. Hətta bəzi epizodlarda məhsuldar ötürmə və qol müəllifi olma ehtimalı çox idi. Lakin, bəxt ondan yana olmadı.

Coşqun Diniyev – 7,5
“Ümraniyəspor”da hər matçda start heyətdə yer alan futbolçunun formada olduğu açıq-aşkar görsənirdi. Bu, Coşqunun meydanı görməsindən, topla davranışlarından hiss olunurdu. Sürətli oyunun oynanılmasına baxmayaraq mübarizədən qopmaması onun haqqında mənfi rəy bildirməyimizə imkan vermir.

Aleksey İsayev – 7,5
Yarımmüdafiəçi hücumların qurulmasında fəal iştirak etməyə çalışırdı. Düzdü, ikili mübarizələrdə çətinlik çəksə də, istəkli olduğu bəlli idi. İsayev tez-tez rəqib meydanına şığıyan komanda yoldaşlarından geri qalmaq istəmirdi. “Sabah”ın üzvü həm də ikinci qolumuz zamanı Renat Dadaşova məhsuldar ötürmə edərək diqqət çəkdi.

Ramil Şeydayev – 7,5
Vinger komandanın ən fəal üzvlərindən biri idi. Ramil yığmamızın təşkil etdiyi hücumlar zamanı komanda yoldaşlarından geri qalmaq istəmir, fərqlənməyə çalışırdı. Düzdü, bu, ona qismət olmadı, amma, 75-ci dəqiqəyə qədər əlindən gələni əsirgəmədi. Sona yaxın yorğunluğu hiss olunan futbolçu Eddi İsrafilovla əvəzləndi.

Emin Mahmudov – 9,0
Oyunun qəhramanı və ya qələbənin memarı şübhəsiz ki, kapitandı. Yarımmüdafiəçi dubl edərək qalibiyyətin əsasını qoydu. Emin ikinci qolu ilə ölkə futbolunun tarixinə yazdırdı. O, matçboyu meydanın demək olar ki, bütün yerlərinə ayaq basdı. Sözün əsl mənasında “can qoydu” desək, yanılmarıq. Əlbəttə, azarkeşlərin oyunboyu “kapitan belə olar!” deməsi əbəs deyildi.

Renat Dadaşov – 8,0
Hücumçunun “Hatayspor”un əsas üzvlərindən birinə çevrilməsi oyun tərzinə müsbət mənada təsir edib. İsveçlə görüşdə də forvard matçın aparıcı futbolçularından biri kimi yadda qaldı. Renat 3-cü dəqiqədə inadkarlığı sayəsində rəqibdən topu oğurlayaraq Eminə məhsuldar ötürmə etdi. 6-cı dəqiqədə isə özü fərqlənərək komandamızın qələbə qazanmasında əsas pay sahiblərindən biri oldu.

Höccət Haqverdi – 5,0
65-ci dəqiqədə Renat Dadaşovu əvəzləyən müdafiəçi o qədər də yaxşı təsir bağışlamadı. Lakin 2 təhlükəli epizodda özünü yaxşı tərəfdən göstərdiyini də qeyd etməliyik. Ümumiyyətlə, son matçlarda etibarlı oynamayan Höccət daha çox çalışmalıdı. Çox güman ki, Bəhlul “qırmızı” almasa, Canni De Byazi onu meydana buraxmayacaqdı.

Eddi İsrafilov – qiymətsiz
Elvin Camalov – qiymətsiz
Mahir Emreli – qiymətsiz
Qismət Aliyev – qiymətsiz

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma

17-10-2023, 13:0

Yığma üzvlərinin qiymətləndirməsi - 10 ballıq şkala ilə

Yığma

12-09-2023, 12:0

Milli üzvlərinin Belçika ilə oyunda qiymətləndirməsi

Yığma / AÇ

20-06-2023, 13:0

Yığma üzvlərinin qiymətləndirməsi

Aktual
Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Roderik Miller hardadı?
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
“Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
Son xəbərlər
  • Bu gün, 19:49
    Salahın ''Beşiktaş''a transferi nə yerdədi?
  • Bu gün, 19:13
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:00
    Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
  • Bu gün, 17:16
    Bundan sonra Şimali Amerikada işləyəcək
  • Bu gün, 16:45
    Klubuna sadiq qaldı
  • Bu gün, 16:02
    Asiyadan Avropaya yollandı
  • Bu gün, 15:10
    İngiltərə futbolunun tarixinə düşdü
  • Bu gün, 14:45
    “Barselona”nı tərk edəcək
  • Bu gün, 14:16
    FİFA-dan daha bir yenilik
  • Bu gün, 13:47
    Xalqın yanına getmək niyə çətindi?
  • Bu gün, 13:09
    Milli komanda ilə vidalaşdı
  • Bu gün, 12:38
    Gözlənilən qərarı 41 yaşında verdi
  • Bu gün, 12:04
    “Napoli”yə təyinatı rəsmiləşdi
  • Bu gün, 11:19
    Qocaman mütəxəssis istefaya yollandı
  • Bu gün, 10:53
    Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
  • Bu gün, 10:20
    Premyer-liqada istefa
  • Bu gün, 09:49
    "Qarşımıza çempionluq məqsədi qoymuşuq" - Cenk Sümər
  • Dünən, 23:46
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
  • Dünən, 23:37
    “Şamaxı”dan yeni transfer
  • Dünən, 23:18
    ''Fənər'' yeni transferləri iştirak ərizəsinə salmadı!
  • Dünən, 22:55
    Roderik Miller hardadı?
  • Dünən, 22:21
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • Dünən, 22:00
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • Dünən, 21:51
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • Dünən, 21:00
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • Dünən, 20:30
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
  • Dünən, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Dünən, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Dünən, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Dünən, 19:07
    “Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
  • Dünən, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Dünən, 18:00
    Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
  • Dünən, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Dünən, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Dünən, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
Daha çox
Oxunub: 238
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 227
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 177
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 137
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə