• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yığma üzvlərinin qiymətləndirməsi (10 ballıq şkala ilə)

Yığma

10-09-2024, 14:0

Mehdi Cənnətov – 6,0
Santuşun ardıcıl ikincu oyunda etimad göstərdiyi qapıçı etibarlı və soyuqqanlı oyunla yadda qaldı. Düzdü, Mehdi qapısını toxunulmaz saxlaya bilmədi. Amma buraxılan qollarda onun günahı yox idi. Bir neçə epizodda isə yığmanı qoldan xilas etdi və bununla da slovakların darmadağına sevinməsini əngəllədi.

Elvin Cəfərquliyev – 5,0
İsveçlə oyundakına nisbətən daha yaxşı görünən Elvin səhvsiz oynamağa çalışdı. Cinahında ciddi səhvə yol verməyən “Qarabağ”lı bəzən ön xətdəki komanda yoldaşlarına da kömək etməyə cəhd edir, meydanın rəqibə aid hissəsinə qədər irəliləməyə çalışırdı. Təəssüf ki, asmaları lazımi səviyyədə deyildi. Aldığı sarı vərəqə də Elvinin passivinə yazılmalıdı.

Bədavi Hüseynov – 5,5
Bəhlul Mustafazadənin yoxluğunda Bədavinin üzərinə çox yük düşdü. Hər halda, “Qarabağ”da da komanda yoldaşı olan mərkəz müdafiəçiləri bir-birini yaxşı anlayır. İnsafən, Hüseynov Koşitsedə diqqətli oynayır, etibarlı görünməyə çalışırdı. Fiziki cəhətdən yorğunluğu 2-ci hissənin gedişində özünü göstərdi ki, bu da Santuşun onu əvəzləməsiylə nəticələndi. Ümumilikdə Bədavinin oyununu yaxşı qiymətləndirmək mümkündü.

Rahil Məmmədov – 5,5
Legioner həyatı yaşayan Rahilin istəkli və etibarlı göründüyünü deməliyik. Fiziki gücündən istifadə edib, hücumlara da dəstək olmağa çalışması müsbət məqam idi. Bəzən bu istəyi onun səliqəsiz və aqressiv görünməsinə səbəb olurdu. Ümid etməyə dəyər ki, gələcəkdə bir qədər də “artırsa”, millinin əsas heyət üzvünə çevrilməyi, Bədavinin yoxluğunu hiss etdirməməyi bacaracaq.

Amin Seydiyev – 4,0
Həm azarkeşlər, həm də baş məşqçi Amindən çox şey gözləyirdi. “Sabah”ın heyətində özünü yaxşı tərəfdən göstərən, cinahda ağalıq edən Seydiyev Slovakiya ilə qarşılaşmanın ən zəifi oldu. Yaxşı ki, penalti epizodunda polşalı hakim onu ikinci sarı vərəqə ilə meydandan qovub, komandamızı azlıqda qoymadı. Bu perspektivi hiss edən Santuş da fasiləni gözləmədən onu Abbasla əvəzlədi. Ümid edək ki, bu əvəzlənmə Seydiyevin psixologiyasına mənfi təsir göstərəcək, onu “sındırmayacaq”.

Aleksey İsayev – 5,5
Ötən oyunda üzərinə düşəni etməyi bacarmayan İsayev bu dəfə nisbətən yaxşı görünsə də, yenə də gözləntiləri doğrultmadı. Ümumiyyətlə, son iki qarşılaşmada dayaq yarımmüdafiəçilərinin zəif çıxış etdini, rəqibin təzyiqini zamanında və yerində qarşılamağı bacarmadığını qeyd etməliyik. İsayevin “Qarabağ”da möhkəmləndikcə köhnə günlərinə qayıtmasını gözləməliyik ki, milliyə də xeyri dəysin.

Elvin Camalov  - 5,0
Camalovun meydana kapitan sarğısıyla çıxması gözlənilməz oldu. Xatırladaq ki, İsveçlə oyunun start heyətində Elvinə yer tapılmamışdı. Görünür, bu dəfə Emin Mahmudovu ehtiyatda saxlayan Santuş Elvinin meydanın mərkəzində komandaya daha yaxşı liderlik edəcəyinə güvənib. Təcrübəli dayaq yarımmüdafiəçisi başqalarından ciddi mənada nə iləsə fərqlənmədi. Ümumi ansamblın bir parçası olan kapitan da güclü rəqib qarşısında çarəsiz idi. Buna görə Elvinin çıxışını da orta qiymətə layiq görə bilərik.

Toral Bayramov – 5,5
Toralın daha yaxşı çıxış edə biləcəyinə hamımız inanırıq. Nədənsə “Xəzər Lənkəran”ın yetirməsi son vaxtlar geriləyib. Bunu həm klubundakı, həm də millidəki oyununda hiss etmək çətin deyil. Ola bilsin ki, millinin yenə baş məşqçi Torala istədiyi sərtbəstliyi vermir, onu fərqli tapşırıqla meydana buraxır. Hər halda, cinahda ağalıq etməsinə vərdiş etdiyimiz Toralı nə İsveç, nə də Slovakiya qarşısında belə gördük. Deməli, onun “Qarabağ”ın əsas heyətindəki yerini itirməsi də səbəbsiz deyilmiş. İnanırıq ki, üzərində daha çox çalışsa, keçmiş formasını bərpa edə biləcək.

Emil Mustafayev – 4,5
Tam əminlikə demək olar ki, Mustafayev ondan gözləniləni vermədi. Təsadüfi deyil ki, Santuş da geri addım atdı, start heyətində meydana buraxmadığı Ramil Şeydayevin xidmətinə ehtiyac duydu. Çünki Emil meydanda itib-batmışdı. Bəlkə də futbolçunun potensialı daha artıqdı və milliyə uyğunlaşmağa imkan tapmayıb. İndilik isə onun Slovakiyaya qarşı oyunda zəif çıxış etdiyi danılmaz faktdı. Hücumameyilli yarımmüdafiəçi kimi çıxış etməli olan Emil rəqibin cərimə meydançasının yaxınlığında təzyiq yaratmağı bacarmadı.

Ozancan Kökçü – 5,0
Elə Ozancanın oyunu haqda da eyni sözləri demək mümkündü. Halbuki həm legioner həyatı yaşaması, həm də futbolun sirlərinə Niderlanda yiyələnməsi ona ümidləri artırır. Görünən odu ki, Kökçü son illər “artırmaq” əvəzinə geriləyir. Bəlkə də klub karyerasının sabit və uğurlu alınmaması da buna təsir göstərir. Santuşun ondan gözləniləni ala bilməməsi fasilədə əvəzlənməsinə səbəb oldu ki, buna görə portuqaliyalını qınamağa dəyməz.

Renat Dadaşov – 5,5
Renat 90 dəqiqə meydanda qalsa da, Santuşun bunu əlacsızlıqdan etdiyi hiss etmək çətin deyildi. İsveçlə qarşılaşmada fəal görünən Dadaşov slovakların müdafiəçiləri tərəfindən tam “bağlanmışdı”. Onun oyundan əvvəl ağrılar hiss etdiyi, meydana ağrıkəsici ilə çıxdığı da gələn xəbərlər arasında idi. Ola bilsin ki, Renatın zəif çıxışında bu məqam da öz təsirini göstərib. Səbəb-nəticə əlaqələri öz yerində, amma Renatın Slovakiyaya qarşı zəif oynadığı mübahisə doğurmayan faktdı.

Ramil Şeydayev – 5,5
Start heyətində yer almaması müəyyən müzakirələrə yol açan Ramil fasilədən sonra meydana çıxsa da, hadisələrin axarına müdaxilə edə bilmədi. Fiziki cəhətdən hazırlıqlı görünsə də, psixoloji baxımdan yaxşı günlər yaşamayan Şeydayev azarkeşlərin qol ümidini doğrultmağı bacarmadı.

Ceyhun Nuriyev – 5,0
“Zirə”nin üzvünün bu səviyyəli oyunlara hazır olmadığını hələ Bakıda İsveçlə oyunda görmüşdük. Santuş bu dəfə ona 45 dəqiqə oynamağa imkan yaratdı. Bu əvəzetmələr həyata keçirilərkən iş-işdən keçmişdi, komandamız artıq 0:2 hesabıyla geridə idi. Əvəzetmədən meydana daxil olanlar isə oyunun axarını xeyrimizə dəyişməyi bacarmadı. Bu səbəbdən də onların oyunu haqda yüksək fikrə düşmək olmur.

Abbas Hüseynov – 5,5
Əminliklə söyləmək olar ki, Abbas Amini layiqincə əvəzlədi. Soyuqqanlı görünən müdafiəçi cinahında səliqəli oynadı, ciddi səhvə yol vermədi. Santuşun sərəncamında olan ehtiyat oyunçulardan ən yaxşısı Abbas oldu. Bəlkə də onun start heyətdə meydana çıxmamasına görə çalışdırıcını qınamaq da mümkündü.

Şəhriyar Əliyev – qiymətsiz

AMAL

Paylaş:
Digər xəbərlər

Aktual / Yığma

7-09-2024, 20:0

Yığma üzvlərinin qiymətləndirməsi (10 ballıq sistemlə)

Yığma / Manşet

28-03-2023, 21:0

Yığma üzvlərinin İsveçlə oyunda qiymətləndirməsi

Yığma / AÇ

20-06-2023, 13:0

Yığma üzvlərinin qiymətləndirməsi

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Bu gün, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
Daha çox
Oxunub: 159
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 91
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə