“Neftçi” bu həftə yeni baş məşqçini təqdim edəcək? – “bunu proqnozlaşdırmaq...”

11.10.2024 19:38 997
Aktual / Ölkə futbolu
Günlərdi müzakirə predmetinə çevrilən əsas mövzulardan biri “Neftçi”nin baş məşqçi postudu.

Roman Qriqorçukdan sonra bu yerə həm yerli, həm də əcnəbi məşqçilərin adı hallanır. Hazırda onu Sənan Qurbanov əvəzləsə, məşqlərə çıxarsa da, bu müvəqqətidi.

Bəs yeni baş məşqçinin adı bu həftə dəqiqləşəcəkmi?
Sualı “Neftçi”nin media üzrə əlaqələndirici Rüstəm Əfsərliyə müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:

“Bunu proqnozlaşdırmaq bir az çətindi. Nə vaxt olacağına dair konkret cavab verə bilməyəcəm. Amma axtarışlarımız və namizədlərin götür-qoy edilməsi davam edir. Yenilik olduqda dərhal klub məlumat verəcək”.


RÖYANƏ OĞUZ