O gələnənə qədər millidə baş məşqçini səlahiyyətlərini yerinə yetirən, Canni de Byazinin də köməkçisi olan Arif Əsədovun taleyi barədə dəqiq məlumat verilmir. Üstəlik Santuşun köməkçilərinin də azərbaycanlı, yoxsa əcnəbi olacağı müəmmalıdı. Görəsən, portuqaliyalı mütəxəssisə kimlər kömək edəcək? Məsələ barədə AFFA-nın mətbuat katibi Elnur Məmmədova müraciət etdik. Onun “Football-plus.az”ın sualına verdiyi cavab belə oldu:
“Hələ ki bu barədə bir şey deyə bilmərəm. Məşqçilər korpusu dəqiqləşən kimi məlumat veriləcək”.
RÖYANƏ OĞUZ






