“Çünki əcnəbi vətəndaşlara oturum verilmir” - “Record club” tarixə qovuşdu?

11.10.2024 18:35 330
Aktual / Ölkə futbolu
Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

Ölkə çempionatının yeni mövsümündə 6 komanda - “Araz-Naxçıvan”, “Baku Fire”, “Neftçi İK”, “Yasamal Baku”, U-19 və “Şuşa” iştirak edəcək. Ötən mövsümün ən qalmaqallı komandası “Record club” isə artıq iştirakçılar sırasında yoxdu.

Klubun tarixə qovuşmasının səbəbkarı kimdi? Klub prezidenti Reza İbrahimi “Football-plus.az”ın sualına belə cavab verdi:

“Futzalda iki-üç il işlədik. Bundan sonra orda iştirak etməyəcəyik. Çünki əcnəbi vətəndaşlara oturum verilmir. Ona görə də bütün fəaliyyətimi böyük futbola ayırmışam”.


ƏSƏD SEYİDOV