Minifutbol üzrə U-23 millimiz dünya çempionatında üçüncü yer uğrunda matça çıxıb.
"Football-plus.az" xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi komanda Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan turnirdə Serbiya ilə üz-üzə gəlib. Oyun rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz qrupda Çexiyaya 0:2, Serbiyaya 1:5 hesabı ilə uduzub, Hindistana 16:0 hesabı ilə qalib gəlib. Komanda 1/4 finalda İngiltərəni 3:0 hesabı ilə üstələyib, yarımfinalda isə Çexiyaya 1:4 hesabı ilə uduzub.