"Sabah"ın futbolçusu azyaşlılarla görüşdü

10.10.2024 17:14 297
Ölkə futbolu
"Sabah"ın əsas komandasının üzvü Namik Ələskərov klubun futbol akademiyasının U-14 və U-15 komandalarının futbolçuları ilə görüşüb.

"Football-plus.az" xəbər verir ki, Namik yeniyetmə oyunçularla söhbət edib, öz məsləhətlərini verib, onların suallarını cavablandırıb.

Görüşdə "Sabah" akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru Təbriz Həsənov, həmçinin U-14 və U-15 komandalarının baş məşqçiləri İlqar Mənsimov və Şahin Zeynalov da iştirak ediblər.