"Sabah"ın bombardirindən sürpriz - VİDEO

28.04.2022 10:19 453
Premyer-liqa
“Sabah”ın əsas komandasının vingeri, cari mövsümdə ən məhsuldar futbolçusu Coy-Lens Mikels klub akademiyasının U-12 komandası ilə görüşüb.

Komandanın məşqinə gələrək sürpriz edən almaniyalı futbolçu, görüş zamanı azyaşlı futbolçuların suallarını cavablandırıb.

Sonda U-12 komandasının üzvləri arasında əyləncəli yarış keçirilib. Qalib olan futbolçuya Mikels öz imzalı formasını hədiyyə edib.