Namik Ələskərov fərdi məşqlərlə kifayətlənir

16.09.2022 19:40 299
Premyer-liqa / Manşet
5-ci turda "Səbail"lə qarşılaşan "Sabah"ın əsas heyət oyunçularından Namik Ələskərov zədələnərək meydanı tərk etdi.

"Qarabağ"la növbəti görüşdə isə onun adı matçın protokoluna da salınmadı. Futbolçunun zədəsi ilə bağlı klubun mətbuat katibi Elnur Həmidovdan açıqlama aldıq:
"Namikin zədəsi davam edir. Hələ ki fərdi məşqlərlə kifayətlənir. Növbəti oyunda meydana çıxıb-çıxmayacağı bəlli deyil".

ABDULLA İSMAYILOĞLU