“Qarabağ”ın koordinatoru Aftandil Hacıyev və U-15 komandası “Qalatasaray”ın akademiyasını ziyarət ediblər.
"Football-plus.az" xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. “Qalatasaray” akademiyasının koordinatoru Emir Kıvırçık və gənclərin inkişaf üzrə koordinatoru Orhan Atik akademiyanın üzvlərini qəbul ediblər.
Görüş zamanı akademiyalar arasında qarşılıqlı əlaqə barədə danışıqlar baş tutub. Akademiyada çalışan məşqçilərin təlimi, eləcə də “Qarabağ” və “Qalatasaray”ın aşağı yaş qruplarının eyni turnirlərdə iştirakı barədə fikir mübadiləsi aparılıb.