Yenə də millinin baş məşqçi postuna gələcək şəxsin böyük ehtimalla əcnəbi mütəxəssis olacağı təxmin edilir. Belə olacağı təqdirdə isə Arif Əsədovun hazırda tutduğu postu tərk etməli olacaq. Əksəriyyət millinin baş məşqçi postuna əcnəbi yox, yerli mütəxəssis gətirilməsini, ümumiyyətlə, əcnəbi gətirməkdənsə, Arif Əsədovun qalmağını daha məqsədəuyğun sayır. Bəs gələcəkdə milli komandaya rəhbərlik edəcək baş məşqçi korpusunda Arif Əsədovu da görmək istəsə, təcrübəli çalışdırıcının bununla bağlı qərarı necə olar:
“Bu sualla bağlı artıq çox cavab vermişəm. Qısaca onu deyim ki, mənə ehtiyac olarsa, milli naminə əlimdən gələn köməyi etməyə hazıram. Bunu dəfələrlə və həmişə demişəm, indi də deyirəm”.
KAMAL SƏFƏR




