Arif Əsədov millidən getdi

2.08.2024 17:53 420
Ölkə futbolu
Millimizin məşqçisi Arif Əsədovla yollar ayrılıb.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, UEFA-nın Məşqçi Kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirəcək.

AFFA Əsədova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Arif Əsədov 2020-ci ildən Azərbaycan millisinin məşqçisi idi. O, bu ilin mart ayından iyun ayınadək yığmanın müvəqqəti baş məşqçisi olub.