Milli komandaya kömək edə bilməyəcək

8.10.2024 18:14 312
Dünya futbolu
Vinisius Junior sıradan çıxıb.

“Real” futbolçunun zədələnməsi ilə bağlı məlumat yayıb. Tibbi müayinələrdən sonra ona boyun onurğasının zədələnməsi diaqnozu qoyulub. Braziliyalı futbolçu İspaniya La Liqasının 9-cu turunun “Vilyarreal”la oyununun (2:0) 79-cu dəqiqəsində zədələnərək əvəzlənib. O, zədə səbəbindən Braziliya yığmasına DÇ-2026-nın Çili və Peru ilə seçmə matçlarında kömək edə bilməyəcək.

Qeyd edək ki, Vinisius bu mövsüm bütün yarışlarda 12 matçda iştirak edib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.