3x3 basketbol millimiz uduzdu

2.08.2024 12:58 390
İdman
Qadınlardan ibarət 3x3 basketbol millimiz Paris - 2024 Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda 5-ci turda Avstraliya ilə üz-üzə gəlib.

Görüş rəqibin 21:12 hesablı qələbəsi ilə başa çatıb. Millimiz bu gün Bakı vaxtı ilə saat 19.30-da Çinlə qarşılaşacaq.

Qeyd edək ki, komandamız daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub, ABŞ millisinə qalib gəlib - 20:17.