Minifutbol üzrə U-23 millimiz Xorvatiyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək.
"Football-plus.az" xəbər verir ki, yarış oktyabrın 7-10-u aralığında baş tutacaq.
Turnirdə ölkəmizlə yanaşı, Xorvatiya, Kolumbiya, Yaponiya, İngiltərə, Çexiya, Slovakiya, Serbiya, Misir, Hindistan, İraq və Mavritaniya milliləri mübarizə aparacaq.