• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Veles Sarsfild”i dayandıran tapıldı - Martinesin “Boka Xuniors” macərası 8 ay çəkdi

Dünya futbolu

7-10-2024, 16:0

Nəhayət, Argentina çempionatında “Veles Sarsfild”in qələbə yürüşünü dayandıran tapıldı. 16-cı tur lider üçün uğursuz oldu. “Veles”in əsas izləyicilərindən yalnız biri qalib gəldi. Nəticədə liderlə əsas təqibçisi arasındakı xal fərqi 6-dan 3-ə azaldı.

12-ci turdan 1-ci yerdə olan “Veles Sarsfild” ölkə çempionatının son 5 oyununda xal itirməmiş və zirvədə möhkəmlənmişdi. Qustavo Kinterosun komandası bu dəfə səfərdə “Rosario Sentral”dan xal ala bilmədi. İlk yarının ortalarında qonaqlar azlıqda qaldı. Müdafiəçi Damian Fernandesin rəqibə qarşı cərimə meydançasındakı hərəkəti qayda pozuntusu kimi dəyərləndirildi. Hakim ona birbaşa qırmızı vərəqə göstərdi. Az sonra Malkorra penalti ilə hesabı açdı. Qeyd edək ki, qonaqlar 70 dəqiqədən artıq azlıqda oynamasına baxmayaraq, topa rəqibdən daha çox nəzarət etdi və qapıya zərbələrin sayında da üstün oldu. Lakin meydan sahiblərinin 38 yaşlı qapıçısı Broun 8 seyvlə liderin bütün dəqiq zərbələrinin qarşısını aldı. Xal itkisi ilə barışmayan “Veles” matçın sonuna yaxın müdafiəni böyük ölçüdə unudaraq cavab qolunu vurmağa daha çox meyilləndi. Rəqib isə liderin arxa xəttində yaranan boşluqlardan məharətlə yararlandı: Sandeslə Ortisin vurduğu növbəti qollar liderin 5 oyunluq qələbə seriyasının darmadağınla qırıldığını rəsmiləşdirdi. Amma “Veles Sarsfild” böyükhesablı məğlubiyyətə baxmayaraq, mövqeyini itirmədi.

Tura liderdən 6 xal geri qalmaqla 2-4-cü yerlərdə başlayan üç komanda müxtəlif nəticələr göstərdi. Səfərdə “Qodoy Krus”la heç-heçəyə (1:1) razılaşan “Atletiko Urakan” birpilləlik geriləmə ilə 3-cü yerə düşdü. “Sarmyento”ya uduzan (0:1) “Union” 4-cü yerdə qaldı. “Talyeres de Kordoba” isə çətin səfərdə masimum nəticəyə nail oldu. Uruqvaylı Aleksander Medinanın komandası son çempionu məğlub etdi. Əvvəlki turda “Superklasiko”da “Boka Xuniors”u səfərdə minimal hesabla üstələyən “River Pleyt”in uğurlu oyunlar seriyası ilə liderlər qrupuna yaxınlaşacağını gözləmək olardı. Lakin ölkə nəhəngi proqnozları doğrulda bilmədi. Halbuki “Talyeres de Kordoba” ilə oyun “milyonçular”ın aşkar üstünlüyü şəraitində keçdi. Amma Marselo Qalyardonun komandası Gido Erreranın qoruduğu qapıya heç cür yol tapa bilmədi. 32 yaşlı əlcək sahibi 7 seyvlə komandasının qələbəsində böyük rol oynadı. Qonaqlara qələbə gətirən yeganə qolu isə ilk hissədə Cirotti vurdu. Beləliklə, bu mövsüm 4-cü məğlubiyyət son çempionu 6-cı yerdən 8-ə saldı. “Talyeres de Kordoba” isə liderin ən yaxın izləyicisi kimi qaldı.

Tura 25 xalla 5-ci yerdə başlayan “Atletiko Tukuman” yenə büdrədi. Fərq ondadı ki, Fakundo Savanın komandası ardıcıl ikinci məğlubiyyətdən sonra hesabına bir xal yaza bildi. “Arxentinos Xuniors”la səfər oyununda qeydə alınan qolsuz heç-heçə “atletlər”in turnir cədvəlindəki mövqeyini dəyişmədi.
Argentinanın 1 nömrəli derbisindəki məğlubiyyətdən sonra Dieqo Martinesin “Boka Xuniors”un başında qalmaq şansı bir qədər də azalmışdı. Ölkə nəhənginə yanvarda təyinat alan 45 yaşlı mütəxəssisi yalnız növbəti matçda uğurlu nəticə xilas edə bilərdi. Lakin onun komandası yenə uduzdu.

“Belqrano”dan iki cavabsız top buraxan “Boka Xuniors”un ardıcıl 3-cü məğlubiyyəti Martinesin komandanı 8 ay çalışdırmasına səbəb oldu. Mövsümü qeyri-sabit keçirən paytaxt komandası 11-ci pillədən 13-cü yerə yuvarlandı.

16-cı tur
Rosario Sentral - Veles Sarsfild 3:0

Malkorra, 28-p. Sandes, 76. Ortis, 85.

Qodoy Krus - Atletiko Urakan 1:1
Andino, 68 – Rasmussen, 27-öz qapısına.

River Pleyt - Talyeres de Kordoba 0:1
Cirotti, 12.

Sarmyento – Union 1:0
E.Lopes, 82.

Arxentinos Xuniors - Atletiko Tukuman 0:0

İndependyente Rivadaviya - İnstituto 1:1
Vilya, 25 – Puebla, 18.

Rasinq - Platense 1:1
S.Sosa, 38 – Maynero, 2.

Belqrano - Boka Xuniors 2:0
Xara, 59. N.Fernandes, 69.

Deportivo Riestra - Nyuellz Old Boyz 3:3
X.Errera, 45+1-p.; 45+2. Beneqas, 90+6 – Silvestri, 8; 90+3. Baneqa, 18-p.

San Lorenso - Banfild 2:1
Munyain, 29-p.; 51 – Sepulveda, 45+3-p.

Estudiantes - Defensa y Xustisiya 1:0
Karrilyo, 4.

Sentral Kordoba - Barrakas Sentral 2:1
Varaldo, 38. Meli, 45 – İnsua, 90+7-p.

Lanus - Ximnasiya 0:0

Tiqre - İndependyente 1:1
Monson, 52 - Avalos, 24.

1. Veles Sarsfild 16 10 3 3 29-11 33
2. Talyeres de Kordoba 16 8 6 2 23-16 30
3. Atletiko Urakan 16 7 7 2 16-8 28
4. Union 16 7 6 3 18-13 27
5. Atletiko Tukuman 16 7 5 4 17-16 26
6. İnstituto 16 7 4 5 21-14 25
7. Rasinq 16 7 4 5 21-14 25
8. River Pleyt 16 6 6 4 20-12 24
9. Belqrano 16 6 6 4 21-19 24
10. Deportivo Riestra 16 7 3 6 18-18 24
11. Ximnasiya 16 6 5 5 16-14 23
12. Rosario Sentral 16 6 4 6 20-16 22
13. Boka Xuniors 16 5 6 5 19-17 21
14. Estudiantes 16 5 5 6 16-16 20
15. Platense 16 5 5 6 14-15 20
16. Lanus 16 4 8 4 18-22 20
17. Qodoy Krus 15 4 7 4 16-16 19
18. İndependyente 16 3 10 3 10-11 19
19. Arxentinos Xuniors 16 5 4 7 11-16 19
20. İndependyente Rivadaviya 16 5 4 7 10-16 19
21. Tiqre 16 4 6 6 19-21 18
22. Sarmyento 16 4 6 6 12-15 18
23. San Lorenso 15 4 5 6 13-14 17
24. Banfild 16 4 5 7 14-19 17
25. Nyuellz Old Boyz 16 4 5 7 10-18 17
26. Sentral Kordoba 16 4 4 8 18-26 16
27. Defensa y Xustisiya 16 2 6 8 10-23 12
28. Barrakas Sentral 16 2 5 9 7-21 11


Bombardirlər: B.Romero (Veles Sarsfild) – 9, M.Ximenes (Boka Xuniors), X.Errera (Deportivo Riestra) – 8.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-05-2024, 19:0

Finalda “Veles Sarsfild” və “Estudiantes” oynayacaq

Dünya futbolu

9-05-2024, 22:0

“Estudiantes” ilk dəfə LK-nın qalibi oldu

Dünya futbolu

28-09-2024, 21:0

“Veles Sarsfild”dən ardıcıl 5-ci qələbə - 263-cü “Superklasiko”da “River Pleyt” qalib gəldi

Dünya futbolu

4-05-2023, 23:0

“River Pleyt”i dayandıran tapıldı, son çempion vitse-çempiona qalib gəldi - TURUN ŞƏRHİ

Dünya futbolu

23-09-2024, 15:0

“Veles Sarsfild” üçün düşərli tur - “River Pleyt” heç-heçə seriyasına son qoydu

Dünya futbolu

3-09-2024, 20:0

“Veles Sarsfild” liderliyə şərik oldu

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Bu gün, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Bu gün, 22:10
    Caz nazirliyi
  • Bu gün, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Bu gün, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Bu gün, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Bu gün, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
Daha çox
Oxunub: 230
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 186
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə