Serxio Ramos Afrikada oynamaq şansına malikdi. Hazırda klubsuz olan məşhur ispaniyalı futbolçu karyerasını Misirdə davam etdirə bilər.
“AS” nəşrinin yaydığı xəbərə görə, 38 yaşlı müdafiəçi ilə “Zəmələk” maraqlanır. Klubun vitse-prezidenti Əli Hişam “Nəsr TV”yə açıqlamasında Ramos ilə danışıqların başladığını deyib:
“Zəmələk” böyük klubdu və bu cür oyunçulara layiqdi. Ramosla anlaşmanı təkcə idman deyil, həm də marketinq baxımından yaxşı dəyərləndiririk. Futbolçu indi sərbəstdi və onunla müqavilə imzalamaq bizə böyük fayda verər. Dünyanın istənilən klubu Ramosu istəyir”
Qeyd edək ki, “Real”da və PSJ-dəki çıxışı ilə tanınan Serxio 2022/24 mövsümündə “Sevilya”da çıxış edib.