Serxio Ramos tezliklə “Sevilya”nı tərk edə bilər.
Təcrübəli müdafiəçinin karyerasını ABŞ-da davam etdirmək şansı var. “The Athletic” qəzetinin məlumatına görə, 38 yaşlı futbolçu “Sevilya” ilə müddəti bu mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil. R
amosun 2025-ci ildə MLS-də debüt edəcək “San Dieqo” ilə danışıqlar apardığı bildirilib. Danışıqların inkişaf mərhələsində olduğu da vurğulanıb.