• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bunun oyunun qırılma nöqtəsi olduğunu düşünmürəm” - kapitan De Blekere ilə razılaşmadı

Aktual / Ölkə futbolu

2-10-2024, 19:0

Ötən şənbə keçirilən “Turan Tovuz” - “Araz-Naxçıvan” oyunu ətrafında dartışmalar davam edir.

Tovuz təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını bitirdi, vacib 3 xal itirdi və liderliyi əldən verdi. Xüsusən də tovuzlu azarkeşləri qəzəbləndirən məqam isə Ramon Maçadonun Roderik Milleri zədələdiyi epizodda hakimin verdiyi qərardı.

Millerin meydanı tərk etməsi, onu zədələyən rəqib futbolçunun meydanda qalması, üstəlik hesabı açması “Turan Tovuz” futbolçularını da özünən çıxardı.

Oyundan sonra sosial şəbəkələrdə gedən müzakirələrdə əsas tezislərdən biri də budu ki, həmin epizod fərqli dəyərləndirilsəydi, bəlkə də tovuzlular 3 xal itirməzdi. Maraqlıdı ki, baş məşqçi Kurban Berdiyev oyunsonrası mətbuat konfransında məğlubiyyəti həmin epizodla bağlamayıb.

Bəs “Turan Tovuz”un futbolçuları necə düşünür? Son oyunla bağlı yaranan sualları kapitan Şəhriyar Əliyevə ünvanladıq.

- “Araz-Naxçıvan”la oyun barədə fikirlərin? “Turan Tovuz”un məğlubiyyətsiz oyunlar seriyası niyə məhz bu matçda başa çatdı?
- Oyunun çətin keçəcəyini bilirdik. Çünki rəqib də, biz də istəkliydik. Hər iki komanda yüksək yerlər uğrunda mübarizə aparır. Ona görə də qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, rəqibi düzgün təhlil etmişdik. Sadəcə, adi səhvlərdən qollar buraxdıq. Çalışacağıq ki, bunları təhlil edib, aradan qaldıraq, qarşıdakı oyunlarda belə səhvlərimiz olmasın.

- Millerin zədələndiyi epizodda Maçadoya qırmızı yox, sarı vərəqə verilməsi günlərdi müzakirə olunur. Bəlkə də sən həmin epizoda hamıdan yaxın idin, ilk etiraz edənlərdən oldun. Gerçəkdən haqqınız yeyildi?
- Gözümün önündə oldu. Mən də qırmızı vərəqə olduğunu düşünürəm. Düzdü, AFFA Hakimlər Komitəsinin sədri buyurub ki, orda qırmızı vərəqə yoxdu. Amma mən belə düşünmürəm. Həmin an hakimə yaxınlaşıb niyə qırmızı vərəqə vermədiyini soruşdum. O da Maçadonun ayağını yığışdırdığını bildirdi. Halbuki ötən il də bizim komandada belə şey baş vermişdi. Amma həmin an qırmızı vərəqə göstərilmişdi. Səbəbini bilmirəm. Deyəsən, Hakimlər Komitəsinin sədri belə bildirib ki, futbolda yeni qaydalar, dəyişiklik baş verib.

- Miller meydanı tərk etmək məcburiyyətində qalmasaydı, nəticə başqa cür olardı? Bu epizodu oyunun qırılma nöqtəsi saymaq olarmı?

- Bunun oyunun qırılma nöqtəsi olduğunu düşünmürəm. Qol buraxdıq, hesabı bərabərləşdirdik, daha sonra təkrar standart vəziyyətdə topu qapımızda gördük. Bəlkə də qırmızı vərəqə verilsəydi, oyun tam fərqli gedərdi. Bu matçda nə qədər çalışsaq da, xal qazana bilmədik. İnşallah qarşıdakı oyunlarda xallar qazanmaq üçün hər şey edəcəyik.

- Kurban Berdıyev mətbuat konfransında rəqibin daha üstün oynadığını desə də, məlum epizoda toxunmadı. Bir kapitan kimi komandanızın əvvəlki turlarla müqayisədə daha zəif oynadığını düşünürsən?

- Məncə, bu mövsümdəki ən zəif oyunumuz idi. Rəqib də oynamağa imkan vermədi. Bu oyunu təhlil edərək qarşıdakı oyunlarda ideal formada olmağa çalışacağıq.

- Uğurlu seriyanın ardından belə nəticə komandadaxili ab-havaya necə təsir edib? Ruh düşkünlüyü olmayacaq ki? Bunun üçün məşqçilər sizlə hansısa söhbət aparıbmı?

- Çempionatda məğlub olmaq da, qələbə qazanmaq da var. Bir oyuna görə bizim komanda əhval-ruhiyyədən düşəcək deyil. Böyük hesabla da məğlub olmamışıq. Düzdü, rəqiblərimiz bizə yaxınlaşır, amma qələbələr qazanıb, bunları unutmağa çalışacağıq. Biz kollektivik, bir ailəyik. Ailə olaraq yığışıb, həmişəki kimi qarşıdakı oyuna hazırlaşacağıq.

- Çempionat başlayandan hamı gözləyirdi ki, “Turan Tovuz”un gücü tezliklə tükənəcək. Həqiqətən belədi? Yoxsa rəqiblər indi sizi daha ciddi təhlil edir?

- Biz necə rəqiblərimizi təhlil ediriksə, onlar da bizi edir. Hər oyunda yaxşı çıxış etmək olmur. Amma bəzən elə olur ki, yaxşı çıxış etməsən də, yaxşı nəticə əldə edirsən. Səhvsiz futbolçu olmur. Hər kəsdə səhv ola bilər. Amma bunları aradan qaldırmağa çalışacağıq.

- Millerin durumu necədi? Növbəti oyuna hazırlıq zamanı gözündəki problem mane olmayacaq?

- Miller dünənki məşqdə iştirak etmədi. Yəqin ki, həkimin müayinəsindən sonra dəqiq cavab veriləcək. Gələn oyuna qədər vaxtımız var. İnşallah, ciddi bir şey olmaz və oyuna tam hazır olar.

- “Turan Tovuz” “Qarabağ”a qalib gələndə də hər kəsi yaxşı mənada təəccübləndirmişdi...

- Çempionatda hamı bir-birindən xal ala bilir. Bunu da hər kəs görür. Düşünürəm ki, ağır keçir. Hər oyuna çıxanda xallarımızı artırmağa çalışırıq.

- “Araz-Naxçıvan”a bu şəkildə uduzmaq növbəti oyunlara necə təsir edəcək? Hədəfiniz yenə çempionluqdu?

- Bizim qarşımıza çempionluq hədəfi qoyulmayıb. Heç kim bizə deməyib ki, çempion olmalısız. Biz komanda olaraq, hər oyuna çıxanda xal və ya xallar qazanmaq istəyirik. Allah nəsib etsə, mövsümün sonunda avrokuboklara qatılmaq istəyirik. Kollektiv olaraq, bunun üçün çalışırıq.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

23-09-2024, 12:0

AFFA Hakimlər Komitəsi Məsiyevin qərarından danışdı - "Turan Tovuz"a haqsızlıq edilib?

Premyer-liqa / Manşet

21-09-2024, 20:0

"Özünəinam artdıqca daha yaxşı oynayacağıq" - Elmar Baxşıyev

Manşet / Yazarlar

30-09-2024, 11:0

“Turan Tovuz” üçün təhlükəli durum: qərəz varmı?

Premyer-liqa

14-10-2023, 19:0

"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında 4 qol

Ölkə futbolu

21-09-2024, 17:0

"Turan Tovuz" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ

Ölkə futbolu

12-07-2023, 22:0

"Turan Tovuz" "Araz Naxçıvan"ı məğlub etdi

Aktual
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
Son xəbərlər
  • Bu gün, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Bu gün, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Bu gün, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Bu gün, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Bu gün, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Bu gün, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Bu gün, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Bu gün, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Bu gün, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Bu gün, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Bu gün, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 174
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 161
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə