''Benfika''nın Kərəm Aktürkoğlunun transferindən bu yana yüksəlişi davam edir.
Lissabon nəhəngi bu dəfə Portuqaliya çempionatının 7-ci turunda qəbul etdiyi ''Jil Visente'' üzərində parlaq qələbə qazandı. Qonaqlar erkən qolla hesabı açsalar da, ''Qartallar'' daha sonra 5 qol vuraraq əzmkar qələbə qazandılar. Kərəm yenə çox faydalı oynadı və aktivinə növbəti qolu yazdı. O, 25-ci dəqiqədə fərqlənməklə hesabı 2:1 etdi və faktiki olaraq qələbə qolunun müəllifi oldu.
''Benfika'' çempionatda ardıcıl 3-cü, rəsmi matçlarda isə ardıcıl 4-cü qələbəsini qazandı. Türkiyəli ulduz bu 4 qarşılaşmada 3 qol, 2 məhsuldar ötürməlik əla performans sərgiləyib.
Mövsümün əvvəlində ''Qalatasaray''ın heyətindəkı oyunları da nəzərə alsaq, Kərəm bu mövsüm çempionat matçlarında 4 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. O hazırda Avropanın 10 ən güclü çempionatında Koul Palmer (6+4), Harri Keyn (5+4) və Məhəmməd Salahla (4+4) birlikdə aktivində ən azı 4 qol və 4 məhsuldar ötürmə olan dörd futbolçudan biridi.
ƏLİ