Millimiz Gürcüstana yenə uduzdu

30.09.2024 15:57 128
Yığma
Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoldaşlıq görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında keçirilən matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 27-də keçirilən ilk yoldaşlıq oyununda Gürcüstan yığması 4:0 hesabı ilə qalib gəlib.