U-17 millimiz böyük hesabla uduzdu

9.09.2024 23:27 129
Ölkə futbolu
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət millimiz bu gün ilk yoldaşlıq görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Darıca” stadionunda baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar sentyabrın 12-də eyni stadionda ikinci yoldaşlıq görüşündə üz-üzə gələcəklər.