Millimiz Türkiyə ilə yenidən qarşılaşdı

12.09.2024 16:27 129
Dünya futbolu
Türkiyədə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət yığmamız bu gün ikinci yoldaşlıq görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kocaeli şəhərindəki “Darıca” stadionunda keçirilən matç 0:0 hesablı bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 9-da təşkil edilən ilk oyunda Türkiyə yığması 4:0 hesablı qələbə qazanıb.