Millimiz Dubayda keçirilən yoldaşlıq oyununda məğlub oldu

14.03.2023 11:34 432
Yığma
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, bu ölkənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 0:2 hesablı məğlubiyyətlə başa çatıb.

Bu komandalar arasındakı ilk oyunda heç-heçə qeydə alınmışdı – 1:1.