Cəlalın komandası uduzdu

30.09.2024 12:58 136
Dünya futbolu
U-21 millimizin kapitanı Cəlal Hüseynovun da formasını geydiyi "Arda" Bolqarıstan çempionatında 10-cu tur oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə "Levski" ilə qarşılaşıb. Matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Hüseynov bu matçda meydana çıxmayıb. O, ehtiyatda qalıb.

Qeyd edək ki, hazırda "Arda" turnir cədvəlində 14 xalla 6-cıdı.