Millimizin üzvü Cəlal Hüseynovun formasını geydiyi "Arda" Bolqarıstan çempionatında 8-ci tur oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, komanda səfərdə "Çerno More Varna" ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
Cəlal da bu matçda iştirak edib. O, 69-cu dəqiqədə meydana daxil olub və sonadək oynayıb.
Qeyd edək ki, "Arda" hazırda 11 xalla turnir cədvəlində 7-cidi.