"Heç-heçə qanunauyğun oldu" - Kurban Berdıyev

29.09.2024 18:29 175
Premyer-liqa / Manşet
"Düşünürəm ki, heç-heçə qanunauyğun oldu, baxmayaraq ki, oyunun son dəqiqələrini üstün keçirdik. Mənə elə gəlir ki, ədalətli nəticədi”.

"Football-plus.az" xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli premyer-liqasının 8-ci turunun “Şamaxı” ilə oyundan sonra mətbuat konfransında deyib. Mütəxəssisin fikirləri:

"Miller zədəli idi ona görə sonradan oyuna daxil etdim. Digər iki oyunçum meydanda yaxşı görünürdü. Ona görə də belə qərar verdik. Əvvəlki oyunlarda da belə hallar olurdu. Dediyimiz kimi kim məşqdə pzünü yaxşı tərəfdən göstərirsə o da oynayacaq. Buna eniş deməzdim. Düzdü nəticələr bizi qane etmir, amma bu eniş deyil".