"Turan Tovuz" Misli premyer-liqasının 7-ci turunda doğma meydanda "Araz-Naxçıvan"a 1:2 hesabı ilə məğlub olub.
"Football-plus.az" xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün rəqibimiz qələbəyə daha çox layiq idi. Onlarda hamı bir nəfər kimi mübarizə aparırdı. Biz bundan nəticələr çıxarmalıyıq. Paltardəyişmə otağında bu barədə futbolçularıma bildirdim.
- Komanda bu məğlubiyyətdən hansı nəticələri çıxarmalıdı?
- Komada 6 turdu ki, lider idi. Bu da uşaqlara psixoloji yük verə bilərdi. Ona görə də futbolçularım oyunlara daha çox fokuslanmalıdı.
- Millerə qarşı qayda pozuntusu olan epizodu necə şərh edərdiniz? Sizcə, orada qırmızı vərəqə vermək olardı?
- Mənim üçün nəsə demək çətindi. Hakim belə qərar verdi.
- Aleks Souza zədələnib. Hücumda sıxıntı hiss edirsiz?
- Sözsüz ki, Aleksin yoxluğu hiss olunurdu. O, yaradıcı hücumçudur. Amma futbol zədəsiz qaçılmazdı. Bu oyun ən çox narazı qaldığımız matç oldu. Planlaşdırdığımız çox şeyi edə bilmədik. "Araz-Naxçıvan" bizi bir çox komponentdə bizi üstələdi.