"Qarabağ" Azərbaycan futbolunun flaqmanı sayılır" - Kurban Berdıyev

24.08.2024 20:29 1 275
Premyer-liqa / Manşet
“Turan Tovuz” Misli premyer-liqasının 4-cü turu çərçivəsində səfərdə “Qarabağ”a qalib gəldi - 1:0.

“Football-plus.az” xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib və jurnalistlərin suallarını cavablandırıb:

“İki kəliməylə ifadə etməli olsam, bütün uşaqlara oyundakı nizam intizama və canfəşanlığa görə təşəkkür edirəm. “Qarabağa” da "Dinamo"yla oyunda uğurlar arzulayıram.

- "Neftçi"ylə görüşdən sonra narazı görünürdüz. Demişdiz ki, oyundan razı, nəticədən narazıyam. Bəs bu görüşdə necə?
- Əlbəttə ki, nəticədən razıyam. Rəqib "Qarabağ" idi. Azərbaycan futbolunun flaqmanı sayılır. Nəticədən razı qalmamaq mümkün deyil.

KAMAL SƏFƏR