“Bu sualları mənə yox, rəhbərliyə ünvanlayın”

30.08.2024 20:26 368
Premyer-liqa / Manşet
"Turan Tovuz" Misli premyer-liqasının 5-ci turunda doğma meydanda "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

“Football-plus.az” xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Oyuna pis başladıq. İlk 15 dəqiqə ərzində üstünlüyü rəqibə verdik və bütün möveləri uduzduq. Sonra hissənin axırına kimi vəziyyəti yaxşılaşdırdıq. 1-dən çox da qol vura bilərdik. İkinci hissədən razı qalmadım. Nə hücumda, nə də müdafiədə yaxşı oynamadıq. Səbəbini axtaracağıq. Bu, ya qol buraxmaq qorxusundandı ya da başqa psixoloji məqamdı”.


- Fərid Yusifli kobud səhvə yol verdi. Sizcə, premyer-liqada oyanyan futbolçu belə səhvə yol verə biıər?

- Narazılığım Fəridə yox, Şəhriyara idi. Şəhriyar həmin məqamda ona ötürmə verməli deyildi. Fərid də daha rahat oyunamalı idi.

- "Turan Tovuz"un tarixində ilk dəfə milliyə oyunçular dəvət olundu. Buna münasibətiniz necədi?

- İlk dəfə olduğunu bilmirdim. Xoş hisslər keçirirəm ki, həm gənc komandalara, həm də əsas milliyə futbolçularımız dəvət olunub.

- Sizin üçmün nəticə önəmlidi, yoxsa baxımlı futbol? "Turan Tovuz"un baxımlı futbol oynadığını düşünürsüz?

- İstənilən məşqçi üçün nəticə önəmlidi. Amma tapşırıqları yerinə yetirmirsənsə, nəticələr daimi olmaz. Bu gün qələbə var. Amma istədiyimiz kimi oyun olmadı. İstənilən halda qələbə qələbədi. Çünki, azarkeşlər bundan zövq alırlar.

- Bura gələndə inanırdız ki, 5 turdan sonra qol buraxmadan lider olacaqsız?

- Azərbaycan futbolu haqda məlumatım yox idi. Futbolçulara təşəkkür edirəm. Onların sayəsində bu nəticələr əldə olunur.

- Milli fasilə komandanı tonusdan sala bilər?

- Yox. İstənilən halda fasilə lazımdı. Bu bizə vaxt verəcək ki, səhvlərimizin üzərində işləyək.

- Transfer gözlənilir?

- Hələ ki, dəqiq bir şey yoxdu. Bu sualları mənə yox, rəhbərliyə ünvanlayın.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul