“Daha yaxşı futbolçular cəlb etmək üçün pulumuz yoxdu”

27.09.2024 22:40 195
Aktual / Ölkə futbolu
Futbol üzrə ölkə çempionatının 2-ci liqasında mövsümə ən pis başlayan komanda “Sheki City”di.

Xal hesabını aça bilməyən “halvaçılar” 3 turdan sonra sonuncu pillədə qərarlaşıb. Bəs belə total uğursuzluğun səbəbi nədi? Klubun prezidenti Elgün Huseynovdan bu suala cavab almaq istədik:

“Doğrudu ki, sonuncu yerdə qərarlaşmışıq. Bunun da bir çox səbəbi var. Komanda bir yerdə məşq etmir, daha yaxşı futbolçular cəlb etmək üçün pulumuz yoxdu. Ancaq 6-7 əsas heyət oyunçumuz oyun günü gəlib-gedir. Liqada qalmağa, vəziyyəti düzəltməyə çalışacağıq. Hazırda əlimizdən gələn yalnız budu”.


ƏSƏD SEYİDOV