Futbol üzrə ölkə çempionatının 2-ci liqasında 26-cı turda “Dinamo” “Sheki City” üzərində böyükhesablı qələbə qazanıb – 5:1.
Paytaxt klubunun rəhbəri Yaşar Seyidov oyunla bağlı “Football-plus.az”a bunları dedi:
“Bizim komanda yalnız sonuncu oyunda tam ola bildi. Qırmızı vərəqə və zədə üzündən futbolçularımız oynaya bilmirdi. Bu dəfə gözəl oyun nümayiş etdirə bildik. Əsas odu ki, qarşıya qoyulan məqsədə çatdıq. Yeni yaranan klub olaraq, 2-ci liqada yerimizi qoruduq. Gələn mövsüm indikindən daha yaxşı çıxış etmək planlarımız var. Bununla bağlı iclas olacaq, qərarlar veriləcək. Yaxın zamanlarda bununla bağlı müəyyən dəyişikliklər olacaq”.
ƏSƏD SEYİDOV