AFFA-da UEFA-nın C kateqoriyalı məşqçi kursunun 3-cü mərhələsi keçirilir

18.09.2024 16:08 135
Ölkə futbolu
AFFA-nın inzibati binasının konfrans zalında qadın məşqçilər üçün UEFA-nın C kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilir.

"Football-plus.az" xəbər verir ki, təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyevin rəhbərlik etdiyi məşğələ sentyabrın 20-dək davam edəcək.

Qeyd edək ki, qadınlar üçün UEFA-nın C kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi avqustda, 2-ci mərhələsi isə sentyabrın əvvəlində baş tutub.