İspaniya La Liqasında yeni rekord qeydə alınıb. Tarixi uğura “Barselona” nail olub.
Komanda ölkə çempionatının 7-ci turunun “Xetafe” ilə matçında rəqibini 1:0 hesabı ilə məğlub edib. Robert Levandovskinin vurduğu qol “Barselona”nın La Liqada 6500-cü qolu olub. Bu göstərici La Liqada yeni rekorddu. Bundan əvvəl heç bir klub ölkə çempionatında 6500 qol vurmayıb. “Barselona” 6500 qol həddinə 3035 matçda çatıb.
Qeyd edək ki, Han-Diter Flikin komandası hazırda La Liqada 7 oyuna 21 xalla liderdi.