“Neftçi” – “Sumqayıt” matçının biletləri satışda! - qiymətlər endirildi

25.09.2024 14:54
Ölkə futbolu
Misli premyer-liqasının 8-ci turu çərçivəsində sentyabrın 28-i saat 19.30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, qiyməti 2 (1B, 2B, 4A), 3 (3B) və 5 (3A) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/en/events/sport/neftci-pfk-sumqayit-fk28/129692

“Neftçi Arena”nın kassalarında isə 1A, 2A və 5A sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 12.00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, "Neftçi" bu oyun üçün biletlərin qiymətində endirim edib.