Ölkə kuboku yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.
"Football-plus.az" xəbər verir ki, qiyməti 2, 5, 10 və 15 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
https://iticket.az/events/sport/neftci-pfk-qarabag-fk/114264
“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12.00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" qarşılaşması aprel 2-də saat 20.00-da baş tutacaq.