Premyer-liqanın 5-ci turu azarkeşlərə bir çox parlaq və məhsuldar oyun bəxş etdi. Turun mərkəzi oyununda – “Mançester Siti” ilə “Arsenal”ın duelində məhsuldar heç-heçə qeydə alındı. “Mançester Yunayted” növbəti dəfə xal itirdi, “Liverpul”la “Çelsi” rəqiblərini darmadağın etdi, “Tottenhem”lə “Aston Villa” isə əzmkar qələbə qazandı.
Turun mərkəzi oyununda komandalar ilk dəqiqədən mübarizə əzmini ortaya qoydu. Və artıq 9-cu dəqiqədə hesab açıldı. Savinyonun baxımlı ötürməsindən sonra Holann cari mövsümdəki 10-cu qolunu vurdu. 5 dəqiqə sonra cərimə zərbəsini yerinə yetirən Gündoğan topu dirəyə vurdu. Ruhdan düşməyən “topçular” tezliklə hesabı bərabərləşdirdi. 22-ci dəqiqədə Kalafyori də baxımlı qolla yadda qaldı. Fasiləyə yaxın isə qonaqlar hesabda irəli çıxdı. Sakanın yerinə yetirdiyi künc zərbəsindən sonra Qabriel başla fərqləndi. “Arsenal”ın meydandan qələbə ilə ayrılmaq arzusunun üzərindən Trossar xətt çəkdi. Belçikalı yarımmüdafiəçi 45+8-ci dəqiqədə komandasını azlıqda qoydu. Bütün 2-ci hissə boyunca Qvardiolanın komandası rəqib müdafiəsində boşluq axtardı. Hər kəs “Arsenal”ın qələbə qazanacağını düşündüyü anda – artıq 8-ci (!) uzatma dəqiqəsində Stounz “Siti”ni məğlubiyyətdən xilas etdi. Son çempion mövsümdə ilk dəfə xal itirsə də, zirvədəki yerini qorudu.
“Kristal Pelas” – MY oyunu qolsuz bitdi, hərçənd hər iki komandanın fərqlənmək imkanları var idi. Qonaqlardan Qarnaço və De Liqt qola çox yaxın oldu, 28-ci dəqiqədə isə bir epizodda top iki dəfə tirdən döndü. Meydan sahiblərindən Eze Onananı narahat etdi. “Qırmızı şeytanlar” 2-ci hissəni də rəqib qapısı önündə keçirdi, ancaq qapıçı Henderson möcüzə yaradırdı. Düzdü, Onana da boş dayanmırdı. Tərəflərin bütün səylərinə baxmayaraq, hesabı açılmadı.
“Liverpul” ötən turdakı fiaskoya görə bəraət aldı. Slotun komandası “Enfild”də “Bornmut”u darmadağın etdi. 26-cı dəqiqədə Dias hesabı açdı. Cəmi iki dəqiqə sonra kolumbiyalı forvard fərqi artırdı. Nunyesin 37-ci dəqiqədə vurduğu qol isə 2-ci hissəni formallığıa çevirdi. Hərçənd “qırmızılar” 2-ci hissədə də dəfələrlə fərqlənə bilərdi. Xüsusən də premyer-liqada debüt edən Kyeza və Cons.
“Çelsi” də “Vest Hem”lə London derbisində inamlı qələbə qazandı. “Zadəganlar” artıq 18-ci dəqiqədə hesabı 2:0 etdi. Və hər iki qolu da Cekson vurdu. “Çəkicdöyənlər” fasiləyə qədər Kudusla qollardan birinin əvəzini çıxsa da, qanalı yarımmüdafiəçi ofsaydda idi. 2-ci hissənin əvvəlində meydan sahiblərinin vəziyyəti bir qədər də pisləşdi. Çünki Palmer Ceksonun ötürməsindən sonra fərqi darmadağın həddinə çatdırdı. “Çelsi” inamlı qələbə ilə liderlərə yaxınlaşdısa, Lopeteqenin “Vest Hem”də görməli olduğu çox iş var.
“Qarabağ”ın cümə axşamı qarşılaşacağı “Tottenhem” mövsümdəki 2-ci qələbəsini inadkar “Brentford” üzərində qazandı. Tomas Frankın komandası ötən turda olduğu kimi, yenə erkən qol vurdu. Artıq 24-cü saniyədə Mbemo “mahmızlar”ın qapısına yol tapdı. Düzdü, “Tottenhem” tezliklə, yəni 8-ci dəqiqədə hesabı bərabərləşdirdi. Meddisonun qapıçıdan dönən zərbəsini Solanke tamamladı. İlk yarının ortalarında meydan sahibləri irəli çıxdı. Son Hın Minin ötürməsindən sonra uelsli Conson uzaq aşağı küncə dəqiq zərbə vurdu. 2-ci hissədə qonaqlar hesabı bərabərləşdirmək üçün bir neçə gözəl imkan qazandı, ancaq qapıçı Vikario inamlı təsir bağışladı. İtaliyalı epizodların birində Şadenin zərbəsindən sonra topu düz qapı xəttinin üzərində saxladı. Yalnız sona 5 dəqiqə qalmış Meddison intriqanı öldürdü. Təkbətək çıxan yarımmüdafiəçi “Tottenhem”in 3-cü qolunu vurdu.
“Vulverhempton”u qəbul edən “Aston Villa” da əzmkar qələbə qazandı. Birmingem komandası aşkar favorit sayılsa da, ilk yarının ortalarında “canavarlar” hesabı açdı. Emerinin yetirmələri fasilədən sonra çox fəallaşdı. Amma qonaqların müdafiə xətti etibarlı görünürdü. “Aston Villa” yalnız 73-cü dəqiqədə hesabı bərabərləşdirə bildi. “Şirlər” bununla kifayətlənmədi, əsas vaxtın sonuna iki dəqiqə qalmış Konsa onları irəli çıxardı. Hesabı bərabərləşdirmək üçün irəli atılan “canavarlar” 4-cü uzatma dəqiqəsində növbəti dəfə cəzalandırıldı. Beləcə “Aston Villa” mövsümdə 4-cü dəfə 3 xala sevindi.
Səfərdə “Fulhem”lə qarşılaşan “Nyukasl” mövsümdə ilk məğlubiyyətini aldı. “Bağbanlar” artıq 5-ci dəqiqədə irəli çıxdı. Ximenes baxımlı zərbə vurdu. Bir neçə dəqiqə sonra topu tirə vuran Smit-Rou hissənin ortalarında qol hədəfinə çatdı. Fasilədən dərhal sonra “sağsağanlar” qollardan birinin əvəzini çıxdı. Onlar oyunun sonuna qədər hesabı bərabərləşdirmək üçün çox çalışdı. Ancaq bu mümkün olmadı. Əvəzində uzatma dəqiqələrində Nelson “Fulhem”in üstünlüyünü artırdı.
Turun qalan oyunlarına gəlincə, “Brayton”la “Nottingem Forest” hərəyə iki qol vurdu. Səfərdə “Lester”lə qarşılaşan “Everton” mövsümdə ilk xalını qazandı – 1:1. 3-cü dəfə “sülh”ə razılaşan “tülkülər” hələ ki qələbə qazanmayıb. Elə meydandan 1:1 hesablı heç-heçə ilə ayrılan “Sauthempton”la “İpsviç”in də qələbə xanasında 0 yazılıb.
5-ci tur
Mançester Siti – Arsenal 2:2
Holann, 9. Stounz, 90+8 – Kalafyori, 22. Qabriel, 45+1.
MS: Ederson, Uoker (Stounz, 78), Diaş, Akanci, Qvardiol, Rodri (Kovaçiç, 21), Gündoğan, Savinyo (Qriliş, 78), B.Silva, Dokyu (Foden, 69), Holann.
Arsenal: Rayya, Timber (Lüis-Skelli, 90+2), Saliba, Qabriel, Kalafyori (Kivyor, 74), Saka (Uayt, 46), Parti, Rays, Martinelli (Jezus, 87), Haverts, Trossar.
Liverpul – Bornmut 3:0
Dias, 26; 28. Nunyes, 37.
Liverpul: Kelleher, Aleksander-Arnold, Konate, Van Diyk, Robertson, Qravenberx, Makallister, Salah, Soboslai (Cons, 61), Dias (Qakpo, 72), Nunyes (Kyeza, 72).
Kristal Pelas – Mançester Yunayted 0:0
(25172)
MY: Onana, Mazraui, De Liqt, Martines, Dalot, Eriksen (Uqarte, 76), Maynu, Dyallo (Heylunn, 76), Fernandeş, Qarnaço, Zirkzee (Reşford, 61).
Tottenhem – Brentford 3:1
Solanke, 8. Conson, 28. Meddison, 85 – Mbemo, 1. (61246)
Tottenhem: Vikario, Porro (Qrey, 78), Romero, Van de Ven, Udoci, Kulusevski, Bentankur (Bissuma, 63), Meddison (Berqvall, 88), Conson (Sarr, 70), Solanke (Mur, 88).
Vest Hem – Çelsi 0:3
Cekson, 4; 18. Palmer, 47. (62473)
Çelsi: Sançes, Adarabioyo, Fofana (Disasi, 57), Koluill, Kukurelya, Kaysedo, Fernandes (Dyusberi-Holl, 84), Madueke, Palmer (Feliş, 64), Sanço (Neto, 57), Cekson (Nkunku, 64).
Aston Villa – Vulverhempton 3:1
Uotkins, 73. Konsa, 88. Duran, 90+4 – Kunya, 25.
Fulhem – Nyukasl 3:1
Ximenes, 5. Smit-Rou, 22. Nelson, 90+2 – Barns, 46.
Lester – Everton 1:1
Mavididi, 74 – Ndiay, 12. (31765)
Sauthempton – İpsviç 1:1
Diblinq, 5 – Morsi, 90+5. (31117)
Brayton – Nottingem Forest 2:2
Hinşelvud, 42. Uelbek, 45 – Vud, 13-p. Sosa, 70. (31444)
1. Mançester S. 5 4 1 0 13-5 13
2. Liverpul 5 4 0 1 10-1 12
3. Aston Villa 5 4 0 1 10-7 12
4. Arsenal 5 3 2 0 8-3 11
5. Çelsi 5 3 1 1 11-5 10
6. Nyukasl 5 3 1 1 7-6 10
7. Brayton 5 2 3 0 8-4 9
8. Nottingem F. 5 2 3 0 6-4 9
9. Fulhem 5 2 2 1 7-5 8
10. Tottenhem 5 2 1 2 9-5 7
11. Mançester Y. 5 2 1 2 5-5 7
12. Brentford 5 2 0 3 7-9 6
13. Bornmut 5 1 2 2 5-8 5
14. Vest Hem 5 1 1 3 5-9 4
15. Lester 5 0 3 2 6-8 3
16. Kristal Pelas 5 0 3 2 4-7 3
17. İpsviç 5 0 3 2 3-8 3
18. Sauthempton 5 0 1 4 2-9 1
19. Everton 5 0 1 4 5-14 1
20. Vulverhempton 5 0 1 4 5-14 1
Bombardirlər: Holann (MS) – 10, Dias (Liverpul) - 5, Mbemo (Brentford), Duran (Aston Villa), Cekson (Çelsi) – 4.
Növbəti turun oyunları sentyabrın 28-30-u aralığında keçiriləcək: Nyukasl – Mançester Siti, Arsenal – Lester, Brentford – Vest Hem, Çelsi – Brayton, Everton – Kristal Pelas, Nottingem Forest – Fulhem, Vulverhempton – Liverpul, İpsviç – Aston Villa, Mançester Yunayted – Tottenhem, Bornmut – Sauthempton.
Turun rəqəmi
100 – Holann MS-nin heyətindəki qol sayını bu həddə çatdırdı. İngiltərə klubunun heyətində 3-cü mövsümünü keçirən norveçli hücumçu 105-ci oyunda buna nail oldu. Onun hesabında 14 məhsuldar ötürmə də var. Ümumiyyətlə, norveçli indiyə qədər keçirdiyi 288 oyunda 235 qol vurub. Holanna qədər 21-ci əsrdə “böyük beşlik” ölkələrində yalnız Kriştiano Ronaldo 100 qol həddinə belə tez, yəni 105-ci oyunda çatmışdı. Yeri gəlmişkən, 100 rəqəmi ilə bağlı daha bir maraqlı məqam var. “Bornmut”la oyunda 2-ci qolun ötürməsini verən Aleksander-Arnold “Liverpul” forması ilə məshuldar hərəkətlərinin sayını 100-ə çatdırdı. Onun hesabında 19 qol və 81 ötürmə var.
Turun ulduzu
Nikolas Cekson (Çelsi) – seneqallı hücumçu mövsümün əvvəlində yaxşı forma yığıb. “Vest Hem” ilə derbidə dubl etməklə yanaşı, Palmerə məhsuldar ötürmə də verdi. Cekson daim belə sabit oyun göstərsəydi, indi çoxdan top səviyyəli forvardlar sırasında adı çəkilərdi.
Turun sitatı
Xosep Qvardiola, MS-nin baş məşqçisi: