• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

MS və “Çelsi” darmadağın etdi, MY yenə “Brayton”a uduzdu - ŞƏRH

Dünya futbolu

29-08-2024, 23:0

Premyer-liqada 2-ci tur baxımlı və məhsuldar alındı.

Çempion MS “doğma divarlar” arasında “İpsviç”ə rəhm etmədi. Mançesterin “qırmızı” hissəsi isə yenə qəm-qüssə içindədi. Əlbəttə, MY “Brayton”a uduzduğuna görə. “Brayton”la yanaşı, vitse-çempion “Arsenal” da itkisiz irəliləyir. “Topçular” hesabat turunda “Aston Villa”ya, “Liverpul” isə “Brentford”a iki qolla qalib gəldi. Ölkənin qalan nəhənglərindən “Tottenhem” mövsümdə ilk qələbəsini qazandı, “Çelsi” “Vulverhempton”u “nokauta saldı”.

MS-nin qonağı olan elitanın debütantı “İpsviç” artıq 7-ci dəqiqədə hesabı açdı. Bu qol “şəhərlilər”i özündən çıxardı. Cəmi 5 dəqiqə sonra Savinyoya qarşı kobudluq oldu və VAR-dan siqnal alan referi penalti təyin etdi. Əla forma yığan Holannın cavab qolu komanda yoldaşlarını bir qədər də ruhlandırdı. 16-cı dəqiqədə hesab artıq 3:1 idi. Üstəlik Lüislə De Bruynenin zərbələri tirdən döndü. 2-ci hissədə də oyunun axarına MS nəzarət etdi. Epizodların birində 7 metrdən qapıya yol tapa bilməyən Holann sonda 3-cü dəfə fərqləndi. Yeri gəlmişkən, “Barsa”dan dönən Gündoğan da meydana çıxdı və azarkeşlərin gur alqışları ilə qarşılandı.

Turun ən parlaq oyunu “Molinyu” stadionunda keçirildi, burda yerli “Vulverhempton” “Çelsi”ni qəbul etdi. Londonlular vaxt itirmədən hesabı açdı. 2-ci dəqiqədə baş zərbəsi ilə Cekson fərqləndi. Hissənin ortalarında “canavarlar” hesabı bərabərləşdirdi. Amma ilk yarıda daha iki qol vuruldu. Palmer “Çelsi”ni irəli çıxardı, 45+6-cı dəqiqədə Strand Larsen tablodakı rəqəmləri eyniləşdirdi. 2-ci hissədə yalnız Entso Mareskanın komandası qol vurdu. 49-63-cü dəqiqələr aralığında Madueke het-trikini rəsmiləşdirdi. Yeri gəlmişkən, ona hər üç qolun ötürməsini Palmer verdi. 78-ci dəqiqədə meydan sahiblərindən Lemina fərqlənsə də, hakim qola səbəb olan hücumun gedişində ofsayd gördü. “Çelsi” cavab hücumundə fərqləndi və tabloda tennis hesabı göründü – 2:6.

Birmingem səfəri “Arsenal” üçün çətin alındı. İlk yarıda qonaqlardan Saka, “Aston Villa”dan isə Uotkins gözəl imkanı qaçırdı. 2-ci hissənin əvvəlində Uotkins daha bir yüzfaizlik qol vəziyyətini boşa verdi. Bundan sonra “topçular” fəallaşdı. 67-ci dəqiqədə Sakanın asmasından sonra Trossar hesabı açdı. 10 dəqiqə sonra isə Parti fərqi artırdı. “Aston Villa”nın təsəlli qolunu vurmağa da gücü çatmadı.

London derbisində “Kristal Pelas”la qarşılaşan “Vest Hem” cari mövsümdə ilk qələbəsini qazandı. İlk yarıda yetərincə bərabərsəviyyəli oyun getdi. Yalnız 67-ci dəqiqədə hesab açıldı. 67-ci dpqədə “Vest Hem”in çexiyalı yarımmüdafiəçisi Souçek fərqləndi, 5 dəqiqə sonra isə Bouen “çəkicdöyənlər”in üstünlüyünü artırdı. Bu, onların Yulen Lopeteqinin rəhbərliyi altındakı ilk qələbəsidi.

“Brentford”u qəbul edən “Liverpul” da xal itirməyib. 13-cü dəqiqədə Dias “qırmızılar”ı irəli çıxardı, hissənin sonuna qədər Robertsonla Salahın da fərqlənmək imkanı oldu. “Liverpul” 2-ci hissədə “arılar”ın qapısını “bombardman etdi”. Onların qapıçısı Flekkenin işi başından aşırdı. Ancaq qapıçı da 70-ci dəqiqədə Salahın zərbəsinin qarşısını ala bilmədi. Arne Slot “Liverpul”un baş məşqçisi kimi “Enfild”də ilk qələbəsini qazandı.

“Tottenhem” də “Everton”a heç bir şans vermədi. Şimali London klubu ilk dəqiqələrdən “göylər”in qapısına doğru böyük qüvvə ilə hücuma keçdi. İlk 25 dəqiqədə iki qol vuran “mahmızlar” bir də 2-ci hissədə sürəti artırdı. Romero ilə Son Hın Minin qolları liverpulluların darmadağınını rəsmiləşdirdi.
Nəhənglərdən yalnız MY büdrədi. “Brayton” 32-ci dəqiqədə hesabı açsa da, saatın tamamında Dyallo “qağayılar”ı meydanın mərkəzinə dəvət etdi. Hər kəs oyunun heç-heçə bitəcəyini düşündüyü anda – 5-ci uzatma dəqiqəsində “Brayton” qələbə qolunu vurdu. Mankunianlar ötən mövsüm olduğu kimi, yenə oyunun sonlarında əziyyət çəkir.

“Nottingem Forest” də mövsümə yaxşı başlayıb. “Sauthempton”un qonağı olan “meşəçilər” Gibbs-Uaytın yeganə qolu ilə qələbə qazandı.

Turun yeganə heç-heçəsi “Bornmut” – “Nyukasl” oyununda qeydə alındı. “Fulhem” isə “Lester”i evdə məğlub etdi.

2-ci tur
Mançester Siti – İpsviç 4:1
Holann, 12-p.; 16; 88. De Bruyne, 14 – Şmodiks, 7.
MS: Ederson, Akanci, Diaş, Qvardiol, Lüis, Kovaçiç (Stounz, 50), Savinyo (Qriliş, 71), B.Silva, De Bruyne (Nunyeş, 90+1), Dokyu (Gündoğan, 71), Holann (Makeyti, 90+1).

Aston Villa – Arsenal 0:2
Trossar, 67. Parti, 77.
Arsenal: Rayya, Uayt, Saliba, Qabriel, Timber (Kalafyori, 79), Edeqor, Parti, Rays, Saka (Nelson, 88), Haverts, Martinelli (Trossar, 65).

Liverpul – Brentford 2:0
Dias, 13. Salah, 70.
Liverpul: Alisson, Aleksander-Arnold (Bredli, 72), Konate, Van Diyk, Robertson, Qravenberx (Endo, 90+1), Makallister, Salah (Elliott, 83), Soboslai, Dias (Qakpo, 72), Jota (Nunyes, 72).

Tottenhem – Everton 4:0
Bissuma, 14. Son Hın Min, 25; 77. Romero, 71. (61357)
Tottenhem: Vikario, Porro, Romero, Van de Ven, Udoci (Spens, 73), Kulusevski (Sarr, 67), Bissuma (Qrey, 73), Meddison (Berqvall, 79), Conson, Son Hın Min, Odober (Rişarlison, 67).

Brayton – Mançester Yunayted 2:1
Uelbek, 32. Pedro, 90+5 – Dyallo, 60. (31537)
MY: Onana, Mazraui, Maquayr (De Liqt, 79), Martines, Dalot, Kazemiro, Maynu, Dyallo (Antoni, 90), Maunt (Zirkzee, 46), Reşford (Qarnaço, 65), Fernandeş (Maktominey, 79).

Vulverhempton – Çelsi 2:6
Kunya, 27. Strand Larsen, 45+6 – Cekson, 2. Palmer, 45. Madueke, 49; 58; 63. Feliş, 80. (31235)
Çelsi: Sançes, Hüsto, Fofana, Koluill, Kukurelya (Veyqa, 83), Kaysedo (Dyusberi-Holl, 76), Fernandes, Madueke, Palmer (Nkunku, 83), Mudrik (Neto, 46), Cekson (Feliş, 68).

Kristal Pelas – Vest Hem 0:2
Souçek, 67. Bouen, 72. (25099)

Fulhem – Lester 2:1
Smit-Rou, 18. İvobi, 70 – Fas, 38. (25401)

Sauthempton – Nottingem Forest 0:1
Gibbs-Uayt, 70. (31150)

Bornmut – Nyukasl 1:1
Tavernye, 37 – Qordon, 76. (11161)

1. Mançester S. 2 2 0 0 6-1 6
2. Brayton 2 2 0 0 5-1 6
3. Arsenal 2 2 0 0 4-0 6
4. Liverpul 2 2 0 0 4-0 6
5. Tottenhem 2 1 1 0 5-1 4
6. Nottingem F. 2 1 1 0 2-1 4
7. Nyukasl 2 1 1 0 2-1 4
8. Çelsi 2 1 0 1 6-4 3
9. Vest Hem 2 1 0 1 3-2 3
10. Mançester Y. 2 1 0 1 2-2 3
11. Fulhem 2 1 0 1 2-2 3
12. Aston Villa 2 1 0 1 2-3 3
13. Brentford 2 1 0 1 2-3 3
14. Bornmut 2 0 2 0 2-2 2
15. Lester 2 0 1 1 2-3 1
16. Sauthempton 2 0 0 2 0-2 0
17. Kristal Pelas 2 0 0 2 1-4 0
18. İpsviç 2 0 0 2 1-6 0
19. Vulverhempton 2 0 0 2 2-8 0
20. Everton 2 0 0 2 0-7 0

Bombardirlər: Holann (MS) – 4, Madueke (Çelsi) – 3, Uelbek (Brayton), Son Hın Min (Tottenhem), Salah (Liverpul) – 2.

Növbəti turun oyunları avqustun 31-i – sentyabrın 1-i aralığında keçiriləcək: Arsenal – Brayton, Brentford – Sauthempton, Everton – Bornmut, İpsviç – Fulhem, Lester – Aston Villa, Nottingem Forest – Vulverhempton, Vest Hem – Mançester Siti, Çelsi – Kristal Pelas, Nyukasl – Tottenhem, Mançester Yunayted – Liverpul.

Turun rəqəmi
7 – İngiltərə çempionatında het-triklərinin sayını bu həddə çatdıran Holann Luis Suaresi (6) arxada qoydu və bu göstəricidə 6-cı pilləyə yüksəldi. Ueyn Runinin hesabında da 7 het-trik var. Bu göstəricidə 12 het-triklə Serxio Aquero liderdi. Alan Şirer 11, Robbi Fauler 9, Harri Keyn, Tyerri Anri və Maykl Ouen 8 dəfə hetr-trik edib. Yeri gəlmişkən, “İpsviç” Holannın premyer-liqada rəqib olduğu 23 komandadı. Maraqlıdı ki, norveçli bunların hər birinin qapısından qol keçirib.

Turun ulduzu
Erlinq Holann (MS) – bir qol, üç məhsuldar ötürmə ilə yadda qalan Palmer də var, ancaq biz turun qəhrəmanı kimi norveçli hücumçunu seçdik. Holann elitanın debütantının qapısından üç top keçirdi. Əvvəlcə penaltini dəqiq yerinə yetirdi, ardından rəqib qapısı önündəki qarışıqlıqda yaxşı baş çıxardı, sona yaxın isə uzaqdan zərbə ilə het-trik etdi. Norveçlinin sağlıq durumu qaydasında olsa, yenə də premyer-liqada bütün mümkün rekordları yeniləməyə çalışacaq.

Turun sitatı
İlkay Gündoğan, MS-nin yarımmüdafiəçisi:

“Srağagün ilk dəfə uşaqlarla məşq etdim və məndə belə təəssürat yarandı ki, heç vaxt heç yerə getməmişəm. Özümü evdəki kimi hiss edirəm. Bu möhtəşəm publikanın önündə yenidən oynamaq imkanı qazandığıma görə çox xoşbəxtəm. Özümü hədsiz imtiyazlı hiss edirəm”.


Faktlar
* MY premyer-liqada “Brayton”a qarşı keçirdiyi son 6 oyunun beşində uduzub.
* “Arsenal”ın hücumçusu premyer-liqa tarixinə 23 yaşını tamamlamadan 100 qələə həddinə çatan 4-cü futbolçu kimi düşdü. Əvvəllər yalnız üç futbolçu belə uğur qazanıb: Fil Foden (MS), Sesk Fabreqas (Arsenal), Ueyn Runi (“Everton” və MY).
* “Liverpul”un niderlandlı çalışdırıcısı Arne Slot yeni klub rekordu müəyyənləşdirdi. O, bu komandanın premyer-liqadakı ilk iki oyununda qələbə qazanan ilk mütəxəssisdi. Slot buna qədər mersisaydlıların 21-ci əsrdə premyer-liqadakı debüt oyununda qələbə qazanan ilk baş məşqçisi olmuşdu.

Reaksiyalar
Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“Rəqib yaxşı qol vurdu, buna görə onu tərifləməyə dəyər. “İpsviç” xüsusi keyfiyyətlərə malik komandadı, bunun sayəsində premyer-liqaya vəsiqə qazanıb. İki turda iki qələbə qazanmışıq, çətin mövsümün startında yaxşı nəticədi”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Yalnız Saka yox, hər kəs xarakter göstərdi. Gözlədiyimiz kimi, “Aston Villa” müdafiədən oynadı, ancaq biz uyğunlaşdıq, cəsarətli oynadıq. Ayrı-ayrı futbolçuların özünü göstərməsi lazım gələndə onlar bunu etdilər. Buna görə də qalib gəldik. Bu stadionda oynamaq çətindi. 3 xal qazana bildiyimiziə görə şadam”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-12-2023, 19:0

“Arsenal”: ardıcıl 6-cı qələbə, özü də 90+7-ci dəqiqədəki qolla!

Dünya futbolu

20-03-2024, 18:0

“Tottenhem” darmadağın oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

10-08-2022, 14:0

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

Dünya futbolu

5-04-2023, 22:0

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Dünya futbolu

2-02-2024, 23:0

“Arsenal” “meşəçilər”in öhdəsindən gəldi

Aktual
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Son xəbərlər
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 23:17
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Dünən, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Dünən, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Dünən, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Dünən, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Dünən, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • 10-06-2026, 23:0
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • 10-06-2026, 22:0
    "Şəfa"da daha üç ayrılıq
Daha çox
Oxunub: 728
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 494
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 199
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə