"Kəpəz"dən növbəti transfer

24.09.2024 23:29 157
Ölkə futbolu
"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.

“Football-plus.az” xəbər verir ki, Gəncə təmsilçisi braziliyalı Paçu Liranı transfer edib. 28 yaşlı Lira hücumçu mövqeyində çıxış edir. Paçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Forvardın son klubu "Turan Tovuz" olub.