AFFA dalaşan futbolçuları 4 oyunluq cəzalandırdı

24.09.2024 16:29 126
Ölkə futbolu
AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” - “Turan Tovuz” matçından sonra futbolçular dalaşıb.

"Football-plus.az" xəbər verir ki, sentyabrın 22-də oynanılam matç bitdikdən sonra meydan sahiblərindən Sənan Əliyev qonaq komandanın futbolçusu Elcan Xəlilova şillə vurub.

Eyni hərəkəti Elcan Xəlilov rəqibinə qarşı edib. AFFA İntiziam Komitəsinin bugünkü iclasında hər iki oyunçunun 4 oyunluq cəzalandırılması haqda qərar verilib.