“Mançester Siti” rəhbərliyi aparıcı futbolçulardan Rodrini klubda saxlamaqda qərarlıdı.
"Football-plus.az" xəbər verir ki, bosslar bunun üçün onun maaşını iki dəfə artırmaq niyyətindədilər. MS ispaniyalı yarımmüdafiəçiyə həftəyə 375 min funt sterlinq (440 min avro) ödəməyə hazırdı. Rodri bu halda komanda yoldaşları Erlinq Holann və Kevin De Bruyne ilə birlikdə klubun və İngiltərə çempionatının ən yüksək maaş alan oyunçularından birinə çevrilə bilər.
Rodri ilə “Real”ın maraqlandığı çoxdan məlumdu. 28 yaşlı yarımmüdafiəçi İspaniya yığması ilə qalib gəldiyi AÇ-2024-ün ən yaxşı futbolçusu seçilib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.