“Football-plus.az” xəbər verir ki, bununla bağlı açıqlamanı idman direktoru Maks Eberl verib. Bilindiyi kimi, Münhen klubu onu yeni mövsümdə sıralarında görmək istəyirdi. Lakin ispaniyalı mütəxəssis hazırkı komandasını tərk etməmək qərarına gəlib. Eberl onun qərarına belə reaksiya verib:
“Alonso layiqli mütəxəssisdi. Mən onu çoxdan tanıyıram. Həmin vaxtlar hələ “Real Sosyedad”da işləyirdi. Xabinin “Bayer”də qalacağı mənə aydın idi”.
“Bayer-04” hazırda 73 xalla bundesliqanın turnir cədvəlinə başçılıq edir. Komanda qalan 7 oyundan 3-də qələbə qazanacağı halda çempion olacaq.






