Millimizin üzvü 90 dəqiqə oynadı

22.09.2024 22:02 127
Ölkə futbolu
Cənubi Koreya çempionatında 31-ci turun oyunları keçirilib.

"Football-plus..az"xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” öz meydanında “Jeonbuk”la qarşılaşıb. Oyun qolsuz başa çatıb.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Azərbaycanlı futbolçu 86-cı dəqiqədə sarı vərəqə də alıb.

Bu nəticədən sonra “Daejeon” 35 xalla 9-cu pillədə qərarlaşıb.