Brayan Moreno "Sabah" - "Neftçi" oyununda - FOTO

21.01.2024 18:41 845
Ölkə futbolu / Manşet
Bu gün Misli premyer-liqasında qış fasiləsi sona çatdı və 19-cu turun ilk oyunu keçirildi. "Bank Respublika Arena"da izlədiyimiz "Sabah" - "Neftçi" oyununda hərəyə 1 xal düşdü - 0:0.

"Football-plus.az"ın nəzərindən qaçmayan faktı sizinlə bölüşmək istəyirik. Belə ki, "Neftçi"nin yeni transferi Brayan Moreno görüşü "skay-box"dan izləyirdi.

Qeyd edək ki, kolumbiyalı hücumçu ilə müqavilə imzalanıb. Klub tezliklə anlaşmanın detallarını ictimaiyyətə açıqlayacaq. Bizdə olan məlumata görə, onunla 3,5 il müddətinə razılıq əldə edilib.

Brayan Moreno "Sabah" - "Neftçi" oyununda - FOTO


KƏNAN BAHADIR